Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:12

Milli Şuranın sədri dəyişdi


-
Dekabrın 3-ü Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahında Demokratik Qüvvələrin Milli Şurasının sessiyası keçirilib. Sessiya yazıçı, kino xadimi Rüstəm İbrahimbəyovun xahişini nəzərə alaraq onu şuranın sədri vəzifəsindən azad edib.

Milli Şuranın sədri postuna tarixçi alim Cəmil Həsənli seçilib.

Cəmil Həsənli 1952-ci ildə Biləsuvarda anadan olub. Tarix elmləri doktoru, professordur. 1993-cü ildə Azərbaycan prezidentinin müşaviri vəzifəsində çalışıb. AXCP sədrinin müavini olub. Ziyalılar Forumunun üzvüdür. 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib. O, 2013-cü ilin oktyabr ayında keçirilən prezident seçkisində Milli Şuranın namizədi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG