Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:00

Benzinin bahalaşmasına qarşı imza toplanır


-
Dekabrın 3-də benzinin bahalaşmasına qarşı internetdə imzatoplama kampaniyası başlanıb.

Petisiya prezident İlham Əliyevə ünvanlanıb.

«Murad A.» adlı internet istifadəçisi kampaniyanı belə əsaslandırıb:

«Bu gün yanacağın qiymətinin qalxması yaxın gələcəkdə ərzaq məhsullarının da qiymətinin artmasına təsir edəcək. Bunu görmək istəmiriksə, hamı bir yerdə olmalı və vətəndaş fikrini söyləməlidir. Belə etsək, inanıram ki, prezidentimiz bizi eşidəcək və dəstəkləyəcək».

Petisiyada 5 min imzanın toplanmasına çağırılır. Müraciətə artıq 3900-ə yaxın imza atılıb.

İmzatoplama avaaz.org –ictimai petisiya saytında aparılır.
XS
SM
MD
LG