Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:15

"İnternews"-un yerləşdiyi binada yanğın olub


"İnternews-Azərbaycan"-ın və azvision.az internet TV-nin yerləşdiyi yaşayış binasında yanğın olub.

Dekabrın 3-də Bakının Yasamal rayonunun Həsən bəy Zərdabi 71 A ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasında yanğın baş verib.

"İnternews-Azərbaycan"-ın layihəsi olan Media Forum xəbər saytının rəhbəri Azər Qaraçənli AzadlıqRadosuna bildirib ki, yanğın 3-cü mərtəbədə yerləşən mənzillərin birində başlayıb.

Hadisə yerinə çağırılan yanğınsöndürənlər yanğının yayılmasının qarşısını ala biliblər. Hadisə ilə bağlı xəsarət alan olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG