Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:00

Rektor: «Rəsulzadəyə heykəl qoymaq mürəkkəb məsələdir» [Video]


-
Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadəyə heykəl qoyulması məsələsinə münasibət bildirib:

O deyib ki, indi BDU M.Ə.Rəsulzadənin adını daşımadığından universitetin həyətində ona heykəl qoymaq mürəkkəb məsələdir:

"Ancaq Xalq Cümhuriyyətinin yaradıcıları BDU-nun yaradılmasında da fəal iştirak edib, tarixi xidmət göstəriblər. Buna görə də BDU önündə Rəsulzadənin abidəsinin qoyulması Təhsil Nazirliyi və aidiyyatı qurumlarla müzakirə olunacaq”-deyən A. Məhərrəmov bildirib ki, abidə məsələsi müzakirələrdən sonra verilən qərar əsasında öz həllini tapacaq.

Rektor onu da bildirib ki, Xalq Cümhuriyyətinin yaradıcıları ilə bağlı ciddi addımlar atılmalıdır.

Əvvəllər BDU Rəsulzadənin adını daşıyıb, amma keçmiş prezident Heydər Əliyevin sərəncamı ilə BDU da daxil olmaqla bütün ali məktəblərdən adlar götürülmüşdü.

Sonradan yalnız Üzeyir Hacıbəyovun adı konservatoriyaya qaytarılıb.

Bu yaxınlarda prezident İlham Əliyev Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsi haqda sərəncam verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG