Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:25

Oqtay Əsədov: "Fazil Mustafa, sizinlə zarafatım var?"


-
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun layihəsi müzakirəsi zamanı deputat Fazil Mustafa ilə spiker Oqtay Əsədov arasında mübahisə yaranıb.

Buna səbəb Fazil Musatafanın çıxışa başlayan zaman səsləndirdiyi fikirlər olub. Deputat deyib ki, o çıxışa yazılan kimi, digər deputatlar da çıxışa yazılırlar.

Spiker isə dediklərinə görə deputata iradını bildirib: “Fazil Mustafa özü haqqında yüksək, digər deputatlar haqqında isə aşağı düşünür. Belə olmaz, çıxışlarınıza fikir verin”.

Fazil Mustafa isə bildirib ki, o, özü haqqında yüksək, həmkarları barəsində aşağı fikirdə deyil:

“Sadəcə, mən bunu zarafat kimi dedim. Hesab edirəm ki, sizin buna kobud cavab verməyiniz doğru deyil”.

Spiker bu dəfə də Fazil Mustafanın dediklərinə etiraz edib.

“Fazil müəllim, siz burada danışdınız. Əvvəla, mənim sizinlə zarafatım yoxdur ki, burada mənimlə zarafat edəsiniz. Siz dediniz məndə cavabın verdim. Siz öyrənmisiniz ki, hər sözün davamında bir replika atasınız. Birdən-ikiyə sizinlə zarafatım var ki, deyirsiniz zarafat edirəm?!”.

Günün bütün mövzuları

XS
SM
MD
LG