Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:45

Benzin niyə bahalaşdı? [Video]


-


«İşdən Sonra» verilişində benzinin qiymətinin hansı səbəbdən artırıldığı müzakirə edilib.

İqtisadçı Natiq Cəfərli benzinin bahalaşmasını şərh edir:

«Tarif Şurası formal bir qurumdur. Qərarlar onun adından elan edilir. Onlar nəyisə dəyişmək gücündə deyillər. Bu qurum ona xidmət edir ki, ciddi etirazlar olarsa, bütün təqsirlər Tarif Şurasının üstünə atılsın. Büdcədə ilk dəfə azalma müşahidə olunur. Bu da neftin azalmağı ilə bağlıdır. Belə halda hökumətin iki çıxış yolu var idi. Birincisi, iqtisadiyyatda canlanma yaratmaqla gəlirləri artırmaq, ikinci yol isə qiymətləri qaldırmaqla büdcəni doldurmaq. Hökumət sadə üsulu seçdi».

Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev də artımın büdcəni doldurmaq məqsədi güddüyünü deyir:

«Aİ-80 və Aİ-92 markalı benzinin bir litrinin maya dəyəri 20 qəpikdir. Bu baxımdan qiymətin qaldırılmasına əsas yoxdur. Büdcədə kəsr var. Məqsəd büdcənin gəlirlərini bu üsulla artırmaqdır».

«Turan» agentliyinin iqtisadiyyat müxbiri Hafiz Babalı digər qiymətlərdə də artım olacağını proqnoz edir:

«Bəzi ölkələrə nisbətən bizdə benzinin qiyməti aşağıdır. Lakin həmin ölkələrdə həyat səviyyəsi Azərbaycandan yüksəkdir . Hökumətin bu addımından təkcə kasıblar deyil, bütün ölkə əhalisi əziyyət çəkəcək. Sənaye və digər məhsulların qiymətinin artırılması da gözləniləndir. Məqsəd büdcə gəlirlərinin azalması fonunda büdcəni xalqın hesabına doldurmaqdır. İnsanlar bilməlidir ki, hökumət onların taleyi ilə oynayır».

ARDNŞ-nin aparıcı vergi mütəxəssisi Namiq Ağayev artımda qurumun rolunun olmadığını deyir:

«Benzinin qiymətinin artması, Tarif Şurasının dediyi kimi, Neft Şirkətinin müraciəti əsasında olmayıb. Bu artımdan Neft Şirkətinə heç bir xeyir yoxdur. Qiymətin artmasına səbəb aksiz vergisinin artmasıdır».
XS
SM
MD
LG