Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:45

Əməkdar rəssam Sakit Məmmədovun fərdi sərgisi açılıb


Sakit Məmmədovun “Rənglər aləmində” adlı fərdi sərgisinin afişası

Sakit Məmmədovun “Rənglər aləmində” adlı fərdi sərgisinin afişası

-
Dekabrın 2-də Heydər Əliyev Mərkəzində Əməkdar rəssam Sakit Məmmədovun “Rənglər aləmində” adlı fərdi sərgisi açılıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin verdiyi xəbərə görə, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdikləri sərgi rəssamın 55 illik yubileyinə həsr edilib.

Ekspozisiyada 55 rəngkarlıq əsəri nümayiş olunur.

Açılış mərasimində Sakit Məmmədova UNESCO-nun və Türkiyənin Yeddi Təpə Universitetinin mükafatları təqdim edilib.

Sakit Məmmədovun əsəri

Sakit Məmmədovun əsəri

Dekabrın 12-dək davam edəcək sərgidə rəssamın “Balaca klounlar”, “May”, “Bağban”, “Çiçəklənən Azərbaycan”, “Mən yorulmuşam”, “Səhnəyə hazırlıq”, “Nişana gedənlər”, “Aktrisa”, “Rəfiqələr” və başqa əsərləri nümayiş olunur.

Sakit Məmmədov 1958-ci ildə Neftçalada doğulub.

Ə.Əzimzadə adına Rəssamıq məktəbini, İ. Repin adına Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsini bitirib.

O, Azərbaycanın əsərləri ən baha satılan rəssamıdır.

Rəssamın əsərləri İstanbul, Krakov, Vyana, Stokholm, Moskva, Florensiya və s. şəhərlərdə keçirilən sərgilərdə nümayiş olunub.

Dünyanın bir çox məşhur rəsm qalereyalarında və şəxsi kolleksiyalarda Sakit Məmmədovun əsərləri var.

Sakit Məmmədov Roma papası 11 İohan Pavelin , Monika Beluççinin, Şahzadə Diananın, Ajda Pekkanın portretlərini çəkib.

Papanın portreti Vatikanda saxlanılır.

Ötən il Sakit Məmmədov dünya mədəniyyətinə və rəssamlığına verdiyi töhfələrə görə Rusiyanın “Min ilin adamı” medalına layiq görülüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG