Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:01
Əfqanıstan prezidenti Hamid Karzai deyir ki, ABŞ Əfqanıstan qüvvələrinin hərbi təhcizatını ləngitməklə tezliklə Kabillə təhlükəsialik müqaviləsinin imzalanmasına çalışır.

Əfqanıstan Milli Təhlükəsialik Şurasının yaydığı bəyanatda deyilir ki, Əfqanıstanın güc qurumlarında çətinliklər yarandığına görə, bir sıra əməliyyatların keçirilməsi dayandırılıb və Vaşinqton bir sıra rayonlarla bağlı öz öhtəliklərini yerinə yetirməyib.

NATO komandanlığı isə Əfqanıstan qüvvələrinin təhcizatıyla bağlı ittihamları rədd edir.

ABŞ-la Əfqanıstan arasında imzalanacaq müqaviləyə əsasən NATO qüvvələrinin 2014-cü idə bu ölkəni tərk etməsindən sonra ölkədə məhdud miqdarda ABŞ qüvvələri saxlanmalıdır. Bu qüvvələr əsasən Əfqanıstan ordusuna təlim keçməklə məşğul olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG