Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:49

Əlyazmalar İnstitutu Türkiyədəki məsləkdaşları ilə əlaqə qurur


-
Ötən həftəsonu Türkiyənin Baş Nazirliyi nəzdindəki Dövlət Arxivlərinin baş müdir yardımçısı Mustafa Budak MEA Əlyazmalar İnstitutunun qonağı olub.

İnstitutdan AzadlıqRadiosuna verilən xəbərə görə, Mustafa Budak institutun işi ilə yaxından tanış olub və şöbələri gəzib.

Sonra institutun iclas zalında Mustafa Budak-la əməkdaşların görüşü keçirilib.

İclası giriş sözü ilə açan institutun direktor əvəzi, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Türkiyənin müxtəlif müəssisələri ilə faydalı əməkdaşlıqdan danışıb, Mustafa Budak-la, onun çalışdığı qurumla əlaqələrdən çox şey gözlədiyini bildirib.

Mustafa Budak fəaliyyət göstərdiyi müəssisənin işi, özünün təcrübəsi barədə danışıb və Türkiyədə Azərbaycana dair çoxlu sənədlərin olduğuna diqqət çəkib.

İştirakçılar belə bir qərara gəliblər ki, hər iki müəssisə – Əlyazmalar İnstitutu və Türkiyənin Baş Nazirliyi nəzdindəki Dövlət Arxivləri İdarəsi arasındakı əlaqələrin genişləndirilməsi, tarixin, mədəniyyətin öyrənilməsinə böyük fayda verə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG