Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:18

Gəncə aeroportunu partladacağını deyən şəxs saxlanıb


-
Noyabrın 30-da bir nəfər 102 xidmətinə Gəncə Hava Limanını partladacağını, ardınca – dekabrın 1-də Gəncə Şəhər Baş Polis İdarəsinə və Gömrük Komitəsinə qumbara atacağını deyib.

Naməlum şəxsin zəngindən sonra polis hadisə yerinə yollanıb, məlumat təsdiqini tapmayıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, həmin şəxs saxlanıb. Kəpəz rayon Polis İdarəsinin əməkdaşları həmin şəxsin Anar Həsənov olduğunu müəyyənləşdirib və onu saxlayıb.

Hazırda A.Həsənovun niyə belə bir məlumat verməsinin səbəbləri araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG