Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:19

Ukrayna sakitləşmir [Canlı]


-

Live streaming video by Ustream
MÜXBİRİMİZ NÜŞABƏ FƏTALLAYEVA KİYEVDƏN XƏBƏR VERİR

Kiyevin "Avropa" adını alan meydanda dekabrln 3-də etiraz mitinqi davam edib. Mitinqə toplaşanların çoxu mənimlə söhbətdə deyilər ki, mövcud iqtidarın istefasına qədər meydanda qalmaq əzmindədirlər. Havanın soyuq olmasına baxmayaraq, on minlərlə adam günlərdir Kiyevdə, açıq havadadırlar. Onlara burada isti içkilər, yemək paylanır. Etirazçılar arasında güclü həmrəylik ovqatı hiss olunur.

Axşam saatlarında etirazçılar prezident iqamətgahına tərəf hərəkət ediblər. Prezident saratına gedən yollar dəmir lövhələrlə kəsilib. Avrointeqrasiya tərəfdarları etirazlarını bu manelər qarşısında davam etdirirlər.

(Kiyevdən görüntülər tezliklə saytda yerləşdiriləcək. Azadlıqda qalın)


ATƏT NARAHATDIR


ATƏT-in Media Azadlığı üzrə xüsusi təmsilçisi Dunja Mijatovic Ukraynada, Kiyevdə etiraz aksiyası zamanı media nümayəndələrinə qarşı görülməmiş zorakılıqdan narahatlığını bildirib.
Ukrayna Xarici İşlər naziri Leonid Kozhara yazdığı məktubda Mijatovic bildirir ki, “jurnalist kimliyi açıqca bəlli olan media nümayəndələrinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən açıqca döyülməsi kimi davranışlar qəbul oluna bilməz”.
Mijatovic Ukrayna rəsmilərini jurnalistlərə qarşı hücumları dərhal dayandırmaq və günahkarları cəzalandırmaq üçün tədbirlər görməyə çağırıb.

Kiyevdəki nümayişlərin dağıdılması zamanı müxtəlif media orqanlarından çalışan 40-a yaxın jurnalist döyülüb və yaralanıb.

HÖKUMƏT BİNASINA YÜRÜŞ

Dekabrın 2-də Kiyevdə yüzlərlə etirazçı hökumətin binasını mühasirəyə alıb və Avropa Birliyi ilə Assosiasiya sazişini imzalamayan prezident Viktor Yanukovichlə Nazirlər Kabinetinin istefasını tələb edirlər.

Etirazçılar binanı və ətraf küçələri bağladığından işçilərin binaya giriş-çıxışlarına imkan vermirlər.

"HÖKUMƏT GETMƏLİDİR!"

Keçmiş Daxili İşlər naziri və indi müxalifət liderlərindən Yuriy Lutsenko deyib ki, etirazlar məqsədinə nail olana qədər davam edəcək.

“Hökumət getməlidir, və yeni həyat, iqtisadi həyat başlamalıdır”.

Bazar günü Kiyevdə müxalifətçilər Azadlıq Meydanında son 10 ilin ən böyük mitinqini keçiriblər. Yarım milyona yaxın adam meydanda Avropaya inteqrasiya tələbiylə yığışımışdı.


BAZAR GÜNÜ 500 MİNLİK ETİRAZ

Bazar günü polislə toqquşmalardan sonra etirazçılar Meriyanın binasını tutub və prezident aparatını da mühasirəyə alıblar. Toqquşmalar zamanı polis gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Aralarında polislər və xarici jurnalistlərin də olduğu 200-ə yaxın adam xəsarət alıb.

Gecəni Azadlıq meydanında qurulan çadırlarda keçirən yüzlərlə etirazçıdan biri olan Nikolai Kovalenko deyir ki, onun itirəcək bir şeyi yoxdur:

“Axıra qədər burdayam. İtirəsi heç nəyim yoxdur. Nəvəm var, uşaqlarım var, heç olmasa onların yaxşı gələcəyi olsun deyə buradayam”.

Ukraynanın digər şəhərlərində də etirazlar baş qaldırıb. Lvov şəhərində bazar günü 40 min adam eyni tələblə aksiyaya qatılıb.


ŞƏRQ VƏ CƏNUB REGİONLARI FÖVQƏLADƏ VƏZİYYƏT İSTƏYİR

Bazar ertəsi Ukraynanın Rusiya meylli Şərq və Cənub regionlarının nümayəndələrinin prezidentə müraciət edərək ölkədə fövqəladə vəziyyət elan olunmasını tələb edəcəyi bildirilirdi. Baş nazir Mykola Azarovun sözçüsü Vitaliy Lukyanenko hökumətin ölkədə fövqəladə hal elan etməsiylə bağlı yayılan xəbərləri təkzib edib.


MÜXALİFƏT TƏTİLƏ VƏ PARLAMENTDƏ İMPİÇMENTƏ HAZIRLAŞIR

Ukrayna müxalifəti ölkədə ümummilli tətilə də başlamağa çağırır. Çərşənbə axşamı Ukrayna müxalifəti parlamentdə hökumətə etimadsızlıqla bağlı səsverçə keçirilməsini tələb edir.

Vilnüsdə keçirilən Avropa Birliyinin Şərq Tərəfdaşlığı sammiti öncəsində də Ukraynada Avrointeqrasiya tərəfdarlarının aksiyaları keçirilirdi. Sammit baa çatandan sonra, Şənbə günü Ukrayna xüsusi təyinatlıları Kiyevdə prezident aparatının qarşısındakı aksiyanı sərtliklə dağıdandan sonra aksiyaçıların sayı əksinə artıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG