Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:38

Ermənilər və bolqarlar hamıdan «əzabkeş» olduqlarını deyirlər


Arxiv foto
Arxiv foto
-
Dünyada hamıdan daha çox Bolqarıstanda və Ermənistanda rəyin soruşulanlar “əzab içində” yaşadıqlarını deyirlər. Bolqarıstanda rəyi soruşulanların 39 faizi, Ermənistanda isə 37 faizi dolanışıq səviyyələrinin o qədər aşağı həddən artıq aşağı olduğunu, bu vəziyyəti yalnız “əzab içində yaşamaq” sözləri ilə ifadə edə biləcəklərini deyiblər.

Bunlar ABŞ-da mənzillənən Gallup sorğu mərkəzinin yeni elan etdiyi 2012-ci ildə dünyada əhalinin dolanışıq səviyyəsindən nə qədər razı qalmasına dair sosioloji sorğunun nəticələridir.

Artıq 3-cü ildir ki, bolqarlar dünyada həyatlarından ən çox narazı xalq kimi siyahının yuxarısında gəlirlər.

Azərbaycanda rəyi soruşulanların cəmi 15 faizi əzab içində yaşadığını deyib. Bu göstəriciyə görə azərbaycanlılar Türkiyə, Gürcüstan, Rusiya kimi qonşularından daha yaxşı yaşadıqlarını deyiblər.

Norveç, İsveç, Qatar, İslandiya vətəndaşları isə həyatlarından ən az şikayətlənənlər olublar. Bu ölkələrdə sorğuda iştirak edənlərdən yalnız 1 faizi əzab içində yaşadığını deyib.
XS
SM
MD
LG