Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:18
Həmçinin Ermənistanın paytaxtı Yerevanda ölkənin Rusiyanın rəhbərlik etdiyi Vahid gömrük ittifaqına qoşulmasına etiraz olaraq aksiya keçirilir.

Aksiya Rusiya prezidenti Vladimir Putinin bu ölkəyə səfəriylə üst-üstə düşür. Aksiyaçılar əllərində “ Rusiya dayan”, Putin evinə get” və “Serj get” kimi plakatlar tutublar.
Polis prezident sarayına gedən yolları blokadaya alıb.Məlumatlara görə polis aksiyadan əvvəl bir neçə nəfəri saxlayıb.

Vladimir Putin birbaşa Rusiya bazasının yerləşdiyi Gümrüyə gedib.O burda iş adamlarının toplantısında və Razdandakı yeni elektrik stansiyasının açılışında iştirak edəcək.Bundan sonra isə Rusiya prezidenti Yerevana gedəcək.

O Ermənistan prezidenti Serz Sarkisianla Rusiya, Belarus və Qazaxıstanın daxil olduğu Vahid Gömrük İttifaqını müzakirə edcək. Qeyd edək ki, Ermənisdtan bu yaxınlarda bu ittifaqa qoşulacağını bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG