Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:45
-
Culfa keçid məntəqəsində İrandan gətirilən məhsullara yeni rüsum qaydası tətbiq olunduğu bildirilir. Bu haqda AzadlıqRadiosuna Naxçıvan sakinləri məlumat verib. Sakinlər deyir ki, məntəqədə tətbiq olunan yeni qaydaya əsasən, çəkisi 15 kilodan artıq yükə hər kiloya görə 30 qəpik pul istənilir. Culfa rayon sakini Faiq Həsənov deyir ki, bir neçə gün öncə aylıq bazarlıq etmək üçün İrana gedib. Onun sözlərinə görə, aldığı ərzaqlarla keçid məntəqəsinin İrana aid hissəsini rahat keçsə də Naxçıvan tərəfində problemlə üzləşib:
«İSTƏYİRLƏR Kİ, HAMI MƏMURLARIN MONOPOLİYASINDA OLAN BAZARLARA ÜZ TUTSUN»
Naxçıvan bazarlarında 1 manata 1 kilo kartof alırıqsa, İranda bu pula 5 kilo kartof almaq olar. İndi hər kiloya 30 qəpik alırlar ki, elə, qiymətlər yaransın ki, heç kim İrana gedib alver eləməsin...
«Naxçıvan bazarlarında qiymət bahadır deyə, İrana gedirik. Burada qiymətlər çox ucuzdur. Əvvəl yeni az da olsa buraxırdılar. Yeni qaydanı tətbiq ediblər ki, heç kim İrana getməsin. İstəyirlər ki, hamı məmurun monopoliyasında olan bazarlarda üz tutsun. Naxçıvan bazarlarında 1 manata 1 kilo kartof alırıqsa, İranda bu pula 5 kilo kartof almaq olar. İndi hər kiloya 30 qəpik alırlar ki, elə, qiymətlər yaransın ki, heç kim İrana gedib alver eləməsin. Keçid məntəqəsi təyyarə deyil ki, hər kiloya görə əlavə pul alsınlar. Halbuki, təyyarədə bu qiymət 20 qəpikdir. Burada məqsəd özlərini daha da varlandırmaqdır. Çünki öz adamları istədikləri qədər malı maneəsiz keçirib bazarlarda baha qiymətə satır».
Culfa gömrük məntəqəsindən də tətbiq olunan yeni qayda haqqında deyilənləri təsdiqlədirlər. Ancaq, məntəqədən bu göstərişin hansı orqandan gəldiyi haqda açıqlama vermək istəmədilər:
«NƏ İSTƏYİRSƏN, NƏ QƏDƏR İSTƏYİRSƏN GƏTİRƏ BİLƏRSƏN»
Məhəmməd Talıblı

Məhəmməd Talıblı

«10-12 kilodan artıq ərzaq məhsuluna rüsum tətbiq olunur. Hər kiloqram üçün 30 qəpik alırıq. Nə istəyirsən, nə qədər istəyirsən gətirə bilərsən. Bu yalnız ərzaq məhsullarına tətbiq olunur. 10-12 ədəd də yumurta gətirməyə icazə verilir».
«BURADA MƏQSƏD BAZARA NƏZARƏT ETMƏK...»
İqtisadçı ekspert Məhəmməd Talıblı isə bu cür qaydaların tətbiqinin monopolist məmurun maraqlarına xidmət etdiyini deyir:
«Bu cür rüsumlar adətən təyyarələrdə tətbiq olunur. Bu da başa düşüləndir. Təyyarənin özünün konkret yük götürmə qabiliyyəti var. Bu rüsum təyyarəni artıq yüklənmədən qoruyur. Təhlükəsizlik baxımından məntiqidir. Bu cür qaydanı idxala qoymaq isə tamamilə absurddur. Ərzaq məhsullarına ucdantutma rüsum tətbiq etmək düzgün deyil. İdxalı o vaxt məhdudlaşdırmaq olar ki, daxildə həmin məhsuldan çoxlu istehsal olunur. Burada məqsəd bazara nəzarət etmək, özlərinin gətirdikləri məhsulları baha qiymətə satmaqdır».

Şərhləri göstər

XS
SM
MD
LG