Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:57

İlham Əliyev: «Azərbaycanda əhalinin 70 faizi internetden istifadə edir»


-
Dekabrın 2-də «BakuTel-2013» 19-cu Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı işə başlayıb.

3 gün davam edəcək tədbirə İlham Əliyev təbrik məktubu göndərib.

Prezident məktubda Azərbaycanın İKT sahəsində inkişafetmiş ölkələr səviyyəsinə yüksəldiyini, ən yeni texnologiyaların tətbiqi və rəqəmli televiziya yayımının uğurla həyata keçirildiyini yazıb. Bu sahə üzrə investisiya qoyuluşu və özəl sektorun fəaliyyəti ildən-ilə genişləndiyini bildirib:

«Azərbaycanda İKT cəmiyyətin həyatına dərindən nüfuz edib. Əhalinin 70 faizi internet, onların yarısı isə genişzolaqlı internetdən istifadə edir».

Prezident bilirib ki, «Azerspace-1» ilk milli peykin orbitə çıxarılması, «Yüksək Texnologiyalar Parkı»nın yaradılması təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan innovativ və texnoloji tutumlu iqtisadiyyata keçidə zəmin yaradır.

Bakı Expo mərkəzində keçirilən 28 ölkədən 300-dən çox şirkət iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG