Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:08

Saatlıda yeni çəkilmiş yola «yamaq» vurulur- [Video]


Saatlıda yeni çəkilmiş yola "yamaq" salınır
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

Saatlıda yeni çəkilmiş yola "yamaq" salınır

-
Saatlı rayonunda 17 yaşayış məntəqəsini birləşdirən Sımada-Qarayevkənd avtomobil yolunun tikintisi başa çatmamış, istifadəyə verilən hissəsi bərbad hala düşüb. Son günlər podratçı təşkilata məxsus texnikalar rayonun Çolpu, Xanlarkənd və Qarayevkənd kəndlərində görünməyə başlayıb. Yol örtüyünün dağılan, qabaran və ya çökən hissələri kəsilib götürülür və boşalan yerə yeni bişirilmiş asfalt basılır.
«PREZİDENT GEDƏN KİMİ YOL DAĞILMAĞA BAŞLADI»
İlham Əliyev Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışında
İlham Əliyev Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışında
Ümumi uzunluğu 21 kilometr olan, yerli əhəmiyyətli bu yolun yenidən qurulması 7,2 milyon manat dəyərləndirilib. Avqustun 29-da prezident İlham Əliyevin iştirakı ilə yolun 11 kilometrlik hissəsinin açılışı olub. O zaman ölkə ictimaiyyətinə elan edilib ki, yol müasir standartlar səviyyəsində qurulub.
Xanlarkənd kəndinin sakini Sübhi Həsənov deyir ki, yolda narahatlıq, açılışdan bir neçə gün sonra yaranıb:
«Prezident qırmızı lenti kəsib buradan gedən kimi yol dağılmağa başladı. İndi bir tərəfdə tikinti, o biri tərəfdə isə təmir işləri görülür. «Təmir» deyəndə, batmış yerlərə çınqıl töküb üstünü mazlayırlar. Qar-yağış olanda bu asfaltdan əsər-əlamət qalmayacaq».
«O TƏDBİR SEÇKİYLƏ BAĞLI İDİ, YOLUN AÇILIŞI OLMAYIB»
Təmir edilən yol
Təmir edilən yol
AzadlıqRadiosunun sorğusunu cavablandıran podratçı təşkilat- «Orion-E» MMC-nin sözçüsü Zahid Abıyev iddia edir ki, açılış mərasiminin yola aidiyyatı yoxdur :
«Yolun 8 kilometr hissəsində alt qat işlənib, hələ üst qata asfalt vurulmayıb. Maşınlar hərəkət etdiyindən yolda müəyyən deformasiyalar yaranıb. Bunlar aradan götürüləndən sonra üst qat asfaltlanacaq. Mən düzü bilmirəm nəyin açılışı olub. O vaxt prezident seçkiləri idi, ya nə idisə, icra hakimiyəti yol üsündə tədbir təşkil edib. Bu, yolun açılışı olmayıb. Nəinki yol, heç onun bir hissəsi də tamamlanmayıb».
Zahid Abıyev yolun tamamlanmasının ayrılacaq vəsaitdən asılı olduğunu deyir:
«Bizə ilkin vəsait ayrılıb və ona uyğun iş görülüb. Nə vaxt yeni vəsait ayrılacaqsa, yol tikintisi davam etdiriləcək. Yol o vaxt tam istifadəyə hazır ola bilər ki, bu vəsait tam həcmdə ödənilsin».
QAZANBATANDA MAŞINLAR DA BATIR...
Sımada-Qarayevkənd yolunun çəkilməyi rayon əhalisinin az qala yarısının- 44 min nəfərin rahat gediş-gəlişi üçün hesablanıb. Bu tərəfdə olan kəndləri rayon mərkəzi ilə birləşdirən və uzunluğu 10 km olan Saatlı-Sarıcalar yolu da bərbad vəziyyətə düşüb. Ən acınacaqlı vəziyyət yolun Qazanbatanla Sarıcalar kəndlərindən keçən hissəsində yaranıb- burada asfalt örtüyü tam sıradan çıxıb. Qeyd edək ki, həmin yol 2010-cu ilin sonlarında əsaslı təmir edilib.
Alı Şəmşidov
Alı Şəmşidov
Şirinbəy kəndinin sakini Alı Şəmşidov deyir ki, sovetlər dövründən qalma yol daha keyfiyyətli olub:
«Yolu başdansovdu təmir edirlər. Bir də görürsən briqadanı tökdülər bura, bellə çökək yerlərə çınqıl doldurub gedirlər. 3 ay sonra ekskovator gəlir, o da bu başdan girib o başdan çıxır. Heç nə alınmır. Kəndin içində yol daha bərbaddır. Elə olur ki, xəstəni bu yola at arabasında çıxarırıq».
İCRA HAKİMİYYƏTİNİN MƏQSƏDİ: KƏND YOLLARININ ASFALTLAŞDIRILMASI
Kənd yollarının mövcud vəziyyəti və yaxın gələcəkdə görüləcək tədbirlərlə bağlı Saatlı Rayon İcra Hakimiyyətindən mövqe öyrənmək mümkün olmadı. İcra Hakimiyyətinin rəsmi internet səhifəsindəki «İnfrastruktur» bölümündə rayonda həyata keçiriləcək tədbirlər sırasında yol tikintisi də yer alıb: «Rayonda asfaltlaşmayan yerli əhəmiyyətli və kəndarası avtomobil yollarının asfaltlaşdırılması, abadlıq işlərinin aparılması».
Amma bu işlərin nə vaxt və hansı maliyyə mənbəyi hesabına ediləcəyi barədə məlumat verilmir.

DAĞILAN YOL:



XS
SM
MD
LG