Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:54
-
Hüquq müdafiəçisi Vidadi İsgəndərli Göyçay rayonunda həbs olunub. Noyabrın 30-da yerli məhkəmə onu 15 sutka həbslə cəzalandırıb.
Bu haqda AzadlıqRadiosuna Göyçay rayon polis şöbəsindən məlumat verilib.

Növbətçi hissədən verilən məlumatına görə, Vidadi İsgəndərli sərxoş olub, polisə tabe olmayıb. İctimai asayişi pozduğuna görə saxlanılıb. Polis şöbəsinə gətiriləndən sonra haqqında İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə (polisin qanuni tələbinə əməl etməmə) inzibati protokol tərtib edilib. Göyçay rayon məhkəməsi isə ona 15 sutka azadlıqdan məhrum edib.
Vidadi İsgəndərlinin qardaşı Oktay İsgəndərli isə AzadlıqRadiosuna deyib ki, qardaşı şərlənib tutulub. “Göyçaydan bir hüquq müdafiəçisi kimi Vidadiyə yerli hakimiyyət orqanlarından çoxlu şikayətlər vardı. O da dünən getdi. Polis onu şərləyib tutub. Guya qanında spirtli içki aşkar olunub. Vidadi deyib ki, mən şəkər xəstəsiyəm, qan təzyiqim var. Vəkil tələb də edib. Məhkəmədə isə şahidlər ancaq polislər idi. Öyrədilmiş ifadələr verdilər, məhkəmə də 15 sutka cəza verdi”.
Vidadi İsgəndərli hazırda Göyçay rayon polis şöbəsində saxlanılır.
XS
SM
MD
LG