Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:37

Etirazçılar Kiyevdə mitinqə hazırlaşırlar


-
Kiyevin mərkəzi meydanında Avropa tərəfdarlarının dinc aksiyası dağıdılandan sonra etirazlar şəhərin Mixaylovski meydanında davam edir. Gecə sakit keçib. Etirazçılar bu günə təyin olunmuş mitinqə hazırlaşır. Aksiya Taras Shevchenko adına parkda keçiriləcək.
UDAR müxalifət partiyasının lideri Vitali Klitschko bildirib ki, Lvovdan Kiyevə 10 min adam gəlməkdədir: “Adamlar azad ölkədə yaşamaq üçün Ukraynanın bütün şəhərlərindən Kiyevə axışır”.
Kiyev məhkəməsi dekabrın 1-dən 7-ə qədər baş Meydanda etiraz aksiyalarının keçirilməsini qadağan edib.
Noyabrın 21-dən Ukraynada Avropa tərəfdarlarının hökumət əleyhinə etiraz aksiyaları keçirir. Noyabrın 30-da etirazçıları xüsusi təyinatlılar dağıdıb.
Xüsusi təyinatlıların hücumundan əvvəl aksiyaçılar prezident Viktor Yanukovych-in istefasını tələb ediblər.
Etirazçılar dəyənəklərlə döyülüb. 40-dan çox adam təcili yardıma müraciət edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 35 nəfər saxlanıb, sonradan onlar buraxılıb.
ABŞ və Avropa Birliyi rəsmiləri də dinc mitinqçilərə qarşı zorakılığı pisləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG