Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:49

Prezident adminstrasiyası önündə qarşıdurma, müxalifət Kiyev meriyasını ələ keçirib - [Canlı]


.

Avropa Birliyi ilə Assosiasiya Razılaşması imzalamaqdan imtina etdiyi üçün prezident və hökumətin istefasını tələb edən müxalifət tərəfdarlarının Kiyevdə keçirdiyi etiraz aksiyasından AzadliqRadiosunun Ukrayna xidmətinin verdiyi canlı video yayım.


Live streaming video by Ustream

SPİKER MÜXALİFƏTLƏ DANŞIQLAR OLA BİLƏCƏYİNİ DEYİR

Qeyri-rəsmi məlumatlara görə prezident Viktor Yanukovych Kiyev ətrafında iqamətgahında təhlükəsizlik şurasının iclasını keçirib.

Parlamentin spikeri Vladimir Rybak bildirib ki, rəsmilər bazar ertəsi parlamentdə müxalifət liderləri ilə hakimiyyət təmsilçiləri arasında dəyirmi masa təşkil etməyə çalışırlar.


MÜXALİFƏT TƏXRİBATLAR BARƏDƏ XƏBƏRDARLIQ EDİR

Müxalifət liderləri artıq Ukraynada baş verənlərin sadəcə nümayiş deyil, inqilab olduğunu deyirlər.

Onlar iddia edirlər ki, aksiyaçılar arasında təxribatçılar doluşub, zorakılıq etməyə çalışırlar. Müxalifətçiləri tərəfdarlarını təxribatlardan və zorakılıqdan uzaq durmağa çağırırlar.

YARALILAR VAR

Ara-sıra aksiyaçılarla polis arasında qarşıdurma yaranır. Səhiyyə rəsmiləri gün ərzində onlara aksiyada aldıqları yaralara görə 53 nəfərin müraciət etdiyini bildirirlər.

Daxili İşlər Nazirliyi də 100-ə yaxın polis əməkdaşının yaralandığını bildirib.


Müxalifət Kiyev meriyasının binasını götürdüyünü bildirir

Ukraynada müxalifətdə olan Svoboda partiyasının lideri Kiyevdə şəhər meriyasının binasını ələ keçirdiklərini iddia edir.

Partiya lideri Yuriy Levchenko aksiyaçılar qarşısında çıxışında deyib:

- Biz qızınmaq, tualet ehtiyaclarımızı ödəmək və bir azca dincəlməyə yer tapmaq üçün binanı tutduq. Biz vandallar deyilik. Binanın girişindən və birinci mərtəbəki dəhlizlərdən başqa, heç yana getməyəcəyik.
Kiyev polisinin sözçüsü Olga Bilyk paytaxt meriyasının zəbt edilməsi xəbərini təsdiqləyib. O, hüquq-mühafizə orqanlarının binanı tutanlarla danışıqlar apardığını bildirir.

Aksiyaçılar prezidentin və hökumətin istefa verməsini, erkən seçkilərin keçirilməsini tələb edirlər.


***

Ukrayna mediasının xəbərinə görə, Prezident Administrasiyasının qarşısında qarşıdurma davam edir.
Maskalı şəxslər traktorun köməyi ilə binaya girməyə çalışıb. Mitinqçilər polisə kərpic parçaları atıb. Xüsusi təyinatlılar gözyaşardıcı qazdan və səs bombasından istifadə edib. Yaralılar var.
Prezident Administrasiyasının qarşısında polislərə daş atan etirazçı

Prezident Administrasiyasının qarşısında polislərə daş atan etirazçı

Kiyevdən başqa Odessa, Simferepol və Dneprpetrovsk şəhərlərində də etirazlar davam edir.
BİR NEÇƏ BİNA ZƏBT EDİLİB

Bunu Ukrayna müxalifətinin liderlərindən biri, Svobada partiyasının rəhbəri Oleh Tyahnybok Kiyevin baş Meydanındakı çıxışında deyib. O tərəfdarlarını birgə fəaliyyət göstərməyə və təxribatlara uymamağa çağırıb.
Avrointeqrasiya tərəfdarları Prezident Administrasiyasının qarşısına yığışıb. Yerli medianın xəbərinə görə, nümayişçilər Kiyev şəhər şurasının binasına girib, Həmkarlar İttifaqının binasını zəbt ediblər.
Bundan əvvəl isə Prezident Administrasiyasının qarşısında mitinqçilərlə polis arasında qarşıdurma olduğu, atəş səslərinin eşidildiyi xəbərləri yayılıb.
Meydana yarım milyon adamın yığışdığı bildirilir.
Etirazçılar növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tələb edir.

KİYEVDƏ AKSİYAÇILAR MEYDANI TUTUBLAR

Ukraynada avrointeqrasiya tərəfdarları olan aksiyaçılar yenidən Kiyevin baş Meydanını tutublar.
Kiyevdə etiraz aksiyası

Kiyevdə etiraz aksiyası

​Kiyev məhkəməsi dekabrın 1-dən meydanda aksiyaların keçirilməsini qadağan etmişdi.
Meydanda 120 minə yaxın adam toplaşıb.
Müxalifət meydana girən vaxt polis tələsik ərazini tərk edib. Nümayişçilər meydan boyu hasarı sökürlər. Etirazçılar növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini, daxili işlər nazirinin istefasını tələb edirlər.
Kiyevin mərkəzi meydanında Avropa tərəfdarlarının dinc aksiyası dağıdılandan sonra etirazlar şəhərin Mixaylovski meydanında davam edir. Gecə sakit keçib. Aksiya Taras Shevchenko adına parkda keçiriblər.

UDAR müxalifət partiyasının lideri Vitali Klitschko bildirib ki, Lvovdan Kiyevə 10 min adam gəlməkdədir: “Adamlar azad ölkədə yaşamaq üçün Ukraynanın bütün şəhərlərindən Kiyevə axışır”.
Kiyev məhkəməsi dekabrın 1-dən 7-ə qədər baş Meydanda etiraz aksiyalarının keçirilməsini qadağan edib.
Noyabrın 21-dən Ukraynada Avropa tərəfdarlarının hökumət əleyhinə etiraz aksiyaları keçirir. Noyabrın 30-da etirazçıları xüsusi təyinatlılar dağıdıb.
Xüsusi təyinatlıların hücumundan əvvəl aksiyaçılar prezident Viktor Yanukovych-in istefasını tələb ediblər.
Etirazçılar dəyənəklərlə döyülüb. 40-dan çox adam təcili yardıma müraciət edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 35 nəfər saxlanıb, sonradan onlar buraxılıb.
ABŞ və Avropa Birliyi rəsmiləri də dinc mitinqçilərə qarşı zorakılığı pisləyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG