Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:27
-
Los- Ancelsdə məşhur amerikalı aktyor Paul Walker avtomobil qəzasında ölüb.
ABŞ mətbuatının məlumatına görə, 40 yaşlı aktyorun Porsche markalı idman maşını ağaca çırpılıb. Bundan sonra maşın yanıb.
Paul Walker bir dostu ilə xeyriyyə gecəsində iştirak etmək üçün yola çıxıbmış. Maşını da dostu idarə edirmiş.
Aktyorun 15 yaşında bir qızı var.
Tamaşaçılar onu «Sürət və qəzəb» (Fast and Farious) filmindən daha çox tanıyırdı.
Paul Walkerin iştirakı ilə çəkilən «Saatlar» filmi bu ay ekranlara çıxacaqdı.

BBC qəza ilə bağlı video yayıb:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG