Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:08
-
Gəncə hava limanında bomba olması ilə bağlı polisə şəhər sakini xəbər verib.
Bu barədə Gəncə Beynəlxalq Hava limanının rəhbəri Bəylər Nəcəfov məlumat verib. Bildirib ki, hava limanında dünən saat 17.00-dan sonra olan bütün uçuşlar təxirə salınıb.
B. Nəcəfovun sözlərinə görə, bomba qoyulması xəbərini verən şəxsin bu xəbəri haradan alması haqda hələlik heç bir məlumat yoxdur.
Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, isə hava limanına bomba qoyulması barədə məlumat verən şəxs öz şəxsiyyətini də açıqlayıb. Dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. Hava limanının ərazisində müvafiq təhlükəsizlik tədbirləri aparılır.
XS
SM
MD
LG