Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:32

Suriyanın kimyəvi silahları Amerika gəmisində məhv ediləcək


-
Bu barədə noyabrın 30-da Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilat məlumat verib.

ABŞ hökuməti təşkilata Suriyadakı kimyəvi silahları xüsusi gəmidə məhv etməyi təklif edib.

Təşkilatın baş direktoru Ahmet Üzümcü-nün dediyinə görə, daha çox təhlükəli olan kimyəvi silahlar açıq dənizdə hidroliz üsulu ilə məhv ediləcək. O, hazırda amerikalıların həmin gəmiyə xüsusi avadanlıqlar quraşdırdıqlarını bildirib.

2014-cü ilin ortalarına qədər təşkilat 1300 tona yaxın zəhərləyici maddəni məhv etməyi planlaşdırır.

Bu ilin avqustunda Suriyada kimyəvi silah işlədilib, bir neçə yüz mülki adam ölüb. Suriya hakimiyyəti kimyəvi silahdan istifadəni üsyançıların, üsyançılar isə hakimiyyətin üzərinə atır.

ABŞ-ın hərbi müdaxilə etmək istəyindən sonra Suriya hakimiyyəti ixtiyarında olan kimyəvi silahların məhvinə razılıq verib.
XS
SM
MD
LG