Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:20

Misirdə toplaşma azadlığının məhdudlaşdırılmasına etiraz edirlər


Qahirədə toqquşmalar - 29 noyabr 2013

Qahirədə toqquşmalar - 29 noyabr 2013

-
Noyabrın 30-da Misirdə etirazçılarla polis arasında toqquşma olub.

Mitinqçilər kütləvi aksiyaların keçirilməsi qaydalarına dəyişikliklərə etiraz edənlərin həbs olunmasına qarşı çıxıblar.

Associated Press-in məlumatına görə, polislərə daş atan nümayişçiləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edilib.

Toqquşmaların baş verdiyi rayonda nəqliyyatın hərəkətinin dayandırıldığı, mağazaların bağlandığı bildirilir.

Bir həftə əvvəl kütləvi tədbirlərin keçirilməsini məhdudlaşdıran yeni qanunun qəbulu Misirdə narazılıqlara səbəb olub.
XS
SM
MD
LG