Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:18

Məşhur aktyor vəfat edib


Yuri Yakovlev, "Taleyin ironiyası, yaxud həmişə təmizlikdə" filmində.
Yuri Yakovlev, "Taleyin ironiyası, yaxud həmişə təmizlikdə" filmində.
-

Azərbaycan tamaşaçısı "Taleyin ironiyası, yaxud həmişə təmizlikdə" filmindəki İppoliti, "İvan Vasilyeviç peşəsini dəyişir" filmindəki İvan Qroznını yaxşı tanıyır. SSRİ xalq artisti Yuri Yakovlev 85 yaşında xəstəxanada dünyasını dəyişib...

O, həm teatr, həm də kino aktyoru idi. "Vaxtanqov teatrı"nda 70-dən çox rol oynayıb. Kinoya isə 1956-cı ildən çəkilib.

Ona tamaşaçı məhəbbətini ilk olaraq, Eldar Ryazanovun çəkdiyi "Qusar balladası" filmindəki poruçik Rjevski rolu qazandırıb (1962).

Daha sonra onun ünlü rejissorla əməkdaşlığı davam edib.

İndi də hər yeni il ərəfəsində keçmiş sovet məkanında sevilə-sevilə baxılan "Taleyin ironiyası, yaxud həmişə
Eldar Ryazanov, 2006
Eldar Ryazanov, 2006
təmizlikdə" filmindəki İppolit obrazını Yakovlev canlandırıb.

Qızı onun ölümünün qocalıqla bağlı olduğunu deyib.

Rusiya prezidenti Putin aktyorun yaxınlarına başsağlığı verib.

Yaxın dostu Ryazanova isə onun ölümü haqda heç nə deməyəcəklər.

Ryazanovun həyat yoldaşı Emma mətbuata bildirib ki, "bütün telefonları söndürəcək ki, qara xəbər ərinə çatmasın. Onlar çox yaxın dost idilər, bu onun sağlamlığına zərbə olar".

Ryazanovun özü də xəstədir, onurğa sütununda və ürək-damar sistemində problemlərə görə son illərdə bir neçə dəfə xəstəxanaya düşüb. O, ölən dostundan 1 yaş böyükdür.
Yuri Yakovlev
Yuri Yakovlev

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG