Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:50

Kiyevdə müxalifətin mitinqi dağıdılıb, xəsarət alanlar var


Kiyevdə qarşıdurma, 29 noyabr 2013

Kiyevdə qarşıdurma, 29 noyabr 2013

-
Kiyevdə avrointeqrasiya tərəfdarlarının dağıdılması zamanı adamlar xəsarət alıblar.

«Interfax» agentliyinin məlumatına görə, xəsarət alanların əksəriyyətinin başı yarılıb.

«Narıncı inqilab» koalisiyasının yaydığı məlumata görə, aksiyanı minə yaxın xüsusitəyinatlı milis dağıdıb.

Güc tətbiqi zamanı gözyaşardıcı qazdan istifadə edildiyi, ara-sıra partlayış səslərin gəldiyi bildirilir.

40-a yaxın aksiyaçı saxlanıb.

Xüsusitəyinatlıların hücumundan əvvəl avrointeqrasiya tərəfdarları prezident Viktor Yanukovych-in istefasını tələb edirmişlər.

Noyabrın 21-dən başlayaraq Kiyev və Ukraynanın digər şəhərlərində hakimiyyətinin Avropa Birliyi ilə imzalanacaq sazişin dayandırılması əleyhinə etirazlar keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG