Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:35

Dünya futbol çempionatı saxtalaşdırılıb?


Arxiv foto
Arxiv foto
-
Britaniya mediası xəbər verir ki, futbol matçlarının mərcə görə saxtalaşdırılmasının istintaqı gedərkən azı üç futbolçu və bir futbol agenti həbs edilib.

Onların sonradan zaminə buraxıldıqları da bildirilir.

«The Daily Telegraph» qəzeti beynəlxalq mərc sindikatının dünya çempionatının seçmə oyunlarını saxtalaşdırdığını aşkarlayıb.

DANIŞILMIŞ MATÇLARI DANIŞANLAR

Danışılmış oyunları təşkil etdiyi iddia olunan şəxs bildirib ki, o, dünya kuboku matçlarının, eləcə də Avropa və Avstraliyada keçirilən oyunların nəticələrinə təsir göstərib.

Qəzet yazır ki, fırıldaqçı ittihamı ilə həbs edilmiş iki şəxsin İngiltərə futbolunda da matçları danışdığı iddia olunur. Bu iki şəxs cümə günü məhkəmə qarşısına çıxarılmalı idi.

«The Daily Telegraph» bildirir ki, araşdırmalar FIFA daxilindəki qaynaqdan inandırıcı bilgilər gələndən sonra başlayıb. Həmin bilgilərdə Asiya mərcqoşma sindikatlarının İngiltərə futboluna müdaxiləsi barədə faktlardan söz açılırdı.

«The Daily Telegraph» sözügedən məsələyə dair jurnalist araşdırmasını polisə təqdim edib.

İddialara görə, hakimlər 20 min funt sterlinq «mükafat» müqabilində oyunların nəticələrinə təsir göstəriblər.

Bu da bildirilir ki, adı hüquqi mülahizələrlə, hələlik, gizli saxlanan bir Afrika ölkəsinin futbolu tamamilə fırıldaqçıların əlinə keçib.

FUTBOLUN XƏRÇƏNG XƏSTƏLİYİ

Qəzet FIFA-nın mərcə görə futbol matçlarının saxtalaşdırıldığına dair daha öncəki iddiaları araşdırmadığını da yazıb.

Suçlanan iki şəxsin kimliyi açıqlanıb – 33 yaşlı Sinqapur vətəndaşı Chann Sankaran və həm Sinqapurun, həm də Britaniyanın vətəndaşı olan 43 yaşlı Krishna Sanjey Ganeshan.

İttihamnamədə bildirilir ki, bu şəxslər futbol mərclərindən fırıldaq işlədərək oyunların nəticəsinə təsir göstərib və bu yolla qazanc əldə ediblər.

İttihamlar təsdiqini taparsa, bu şəxsləri 10 ilədək həbs cəzası gözləyə bilər.

Qəzet yazır ki, İngiltərə komandalarının oyunlarını çox diqqətlə izləyən mərc saytları tez-tez qəribə şərtlərlə rastlaşır.

FIFA-nın vitse-prezidenti Jim Boyce bildirib ki, təşkilat belə fırıldaqlardan xəbərdardır və məsələni ən yüksək səviyyədə araşdırır:

«Bu fırıldaqda əli olanlara futbol ömürlük qadağan ediləcək. İndi FIFA təhqiqatçıları dünya futbolunu həmin xərçəngdən xilas etməyə çalışırlar».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG