Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:39

ATƏT Azərbaycanda polis əməkdaşlarına təlim keçib


ATƏT-in təlimçiləri noyabrın 29-da Gəncədə polislərə məişət zorakılığının qarşısının alınmasına dair regional təlim kursu keçib. Bu barədə məlumatı ATƏT-in Bakı ofisi yayıb.

“Milli qanunvericiliyə uyğun olaraq, məişət zorakılığına qarşı mübarizə və onun qarşısının alınmasında polis əməkdaşlarının rolu və vəzifələri müzakirə olunub.

Təlim iştirakçıları həmçinin bu sahədə digər ölkələrin təcrübələrilə tanış olub. Təlim zamanı, yerli mütəxəssislər və Daxili İşlər Nazirliyinin nümayəndələri qanunun icrasının hüquqi, sosial və mədəni aspektlərinə toxunublar”.

ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay deyib ki, məişət zorakılığının qarşısı yalnız müvafiq qanunun qəbul olunması ilə alına bilməz:

“Buna görə də məişət zorakılığının qarşısının alınması və vaxtında araşdırılmasında polisin rolu əvəzsizdir.”

ATƏT-in Bakı Ofisi polis əməkdaşları üçün belə təlim kurslarını artıq Bakı, Şəki, Lənkəran və Quba şəhərlərində təşkil edib. Növbəti təlim dekabrın 10-11-də Naxçıvanda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG