Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:00

“Azadlıq” qəzetinin əməkdaşları etiraz aksiyası keçirib


Noyabrın 29-da “Azadlıq” qəzetinin əməkdaşları “Qasid” mətbuat yayımı firmasının qarşısında etiraz aksiyası keçirib. Aksiya iştiralçıları “Qasid”in qəzetə olan 56 min manat borcunun verilməsini tələb ediblər.

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib ki, firmanın rəhbəri Azərbaycanda olmadığı üçün onları direktor müavini qəbul edib:

“Təəssüf ki, yenə də konkret heç bir vəd verilmədi. İndiyə kimi olan görüşlərimizdə dediklərini təkrarladılar. Sədr müavini bizə dedi ki, vəziyyətdən çıxış yolları axtarırlar”.

“Azadlıq” qəzeti yaşadığı maliyyə sıxıntısını önləmək üçün bu günlərdə abunə marafou keçirmişdi. KİV-ə Dövlət Yardım Fondundan qəzetə hər il ayrılan 60 min manat isə dayandırılıb. Fond rəhbərliyi bunu qəzetə kəsilən külli-miqdardakı məhkəmə cərimələri ilə izah edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG