Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:22

"Burada kişi var?!"


-

"Zero" nəşriyyatında "Cib kitabı" seriyasından yazıçı Azad Qaradərəlinin "Burada kişi var?!" adlı hekayələr kitabı nəşr olunub.

Yazıçının bu kitabında son bir neçə ildə yazdığı hekayələr toplanıb. Bu hekayələrin qəhrəmanları içdən sınmış, yaxud sındırılmış adamlardır. Kimi yurd itirib, kimi ailəsini, kimi də mənliyini və insanlığını. Burada şəhər və kənd səfillərinə (“bomj”lara), küçə süpürməyə məcbur edilmiş ali təhsilli insanlara, qaçqınlara, özünü azdırmağa aparanlara, yad yerdə sevgi gəzənlərə, fəlsəfəsi asvalta sərili qalanlara, rayon camaatı rahat çıxa bilsin deyə sinəsini düşmən gülləsinə sipər edənlərə... rast gələcəksiniz.

Kitabı "Bakitab", "Bukinist", "Bakumoz", "Yeraltı", "Akadem-Kitab", habelə "Nizami", "28 may", "İnşaatçılar" metrosunun ətrafındakı mağazalardan və bir sıra başqa satış nöqtələrindən əldə etmək olar.

www.ANN.Az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG