Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:43
-
TOVUZUN 5 KƏNDİNDƏ SU GÜNƏŞ BATAREYALARI İLƏ QIZINIR

Bu barədə Eko Renossans İctimai Birliyinin sədri İrşad Abbasov məlumat verib. O bildirib ki, layihə çərçivəsində pilot olaraq seçilmiş ərzilərdə su günəş batareyaları ilə qızıdırılır.

İ.Abbasov deyir ki, layihəyənin məqsədi meşə odunlarının qırılmasının qarşısı almaq və kənd yerlərində yaşayan qadınların iş şəraitini yaxşılaşdırmaqdır. Odur ki, pilot olaraq seçilən ərazilər Tovuzun mavi yanacaq olmayan kəndləridir.

İ. Abbasovun sözlərinə görə, indi Tovuzun Böyükqışlaq, Əlimərdanlı, Çataq, Xatıllı və Qurbanlı kəndlərindəki evlərin dam örtüyünə günəş batareyaları qurulub. Layihə müddətində ailələrdəki enerji sərfiyyatı hesablanacaq, qiymətləndirmə aparılıb müqayisə ediləcək.

Layihə Avropa Qadınlar təşkilatı tərəfindən maliyyələşdirilir və 2014-ci ildə başa çatacaq. 2 illik layihənin büdcəsi 8 min manat məbləğindədir.

Arxiv foto

Arxiv foto

FERMER TƏSƏRRÜFATI VƏ DAŞ KARXANALARINA BÖYÜK İNVESTİSİYALAR AYRILIR

Bu barədə Tovuz rayon İcra hakimiyyətinin başçısının müavini Mahir Həsənov məlumat verib. Bildirib ki, investisiyalar Sahibkarlığa Kömək Milli Fondu tərəfindən veriləcək. Lakin investisiyaların məbləği işin icrası zamanı açıqlanacaq.

Bundan başqa İqtisadiyyat və Sənaye Nazirliyi qərb bölgəsində olarkən bildirib ki, müasir çörək zavodunun, kiçik və ya orta həcmli çörək istehsalı müəssisələrinin, üzümçülük, kartofçuluq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması nəzərdə tutub.

M.Həsənov deyir ki, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Şərhləri göstər

XS
SM
MD
LG