Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:44

Rüstəm İbrahimbəyov Milli Şuranın sədrliyindən gedir


Azerbaijan - Film director Rustam İbrahimbayov and Ali Hasanov, National Adviser to the President of Azerbaijan and Head of Department on Social Political Issues, undated

Azerbaijan - Film director Rustam İbrahimbayov and Ali Hasanov, National Adviser to the President of Azerbaijan and Head of Department on Social Political Issues, undated

-
29 noyabr medianın icmalı

“Azadlıq” qəzeti 29 noyabr sayında Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun tutduğu postdan istefa verməsi barədə yazıb. Bu barədə "Azadlıq"a dramaturq özü məlumat verib və yerinə Milli Şuranın prezidentliyə namizədi olmuş professor Cəmil Həsənlini təklif edib:

"Mən təklifimi Bakıya, Milli Şuranın sessiyasına göndərmişəm. Düşünürəm ki, obyektiv səbəblərdən Bakıda ola bilmədiyim üçün sədrlikdən getməyim yaxşı olar. Bu vəzifəni Cəmil bəy üzərinə götürsə yaxşıdır.

Çünki o, daim Bakıdadır və Şuranın işində birbaşa iştirak edə bilir. Doğrudur, bizim qərarların qəbulu və başqa məsələlərlə bağlı məsləhətləşmək imkanımız var və məsləhətləşirik. Lakin elə vəziyyətlər yaranır ki, yerində qərar vermək lazım gəlir. Mənimlə əlaqə isə texniki səbəblərdən hər zaman alınmır. Bu baxımdan da Milli Şuranın üzvlüyündə qalmaq və içində fəal iştirak etməklə sədrlikdən getmək qərarına gəlmişəm".

CƏMİL HƏSƏNLİ MİLLİ ŞURA SƏDRLİYİNƏ RAZIDIR

Cəmil Həsənli

Cəmil Həsənli

Lent.az saytı Rüstəm İbrahimbəyovun istefası ilə bağlı Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin münasibətini yayıb. O, sayta bildirib ki, Milli Şura qarşıdan gələn sessiyasında R. İbrahimbəyovun bu müraciətinə baxacaq və ona uyğun da qərar qəbul edəcək:

“Cəmil Həsənlinin sözlərinə görə, R. İbrahimbəyov mətbuata verdiyi sonuncu müsahibəsində bildirmişdi ki, lazım gəlsə, Milli Şura sədrliyindən istefa verə bilər. R. İbrahimbəyovun MŞ üzvlərinə müraciətində öz yerinə C.Həsənlinin sədr seçilməsi barədə təklifinə də münasibət bildirən keçmiş prezidentliyə namizəd deyib ki, Milli Şura üzvləri onun quruma yeni sədr seçilməsinə səs versə, o, sədr olacaq”.

ERMƏNİLƏR QARABAĞ EÇEN 22 MİLYON DOLLAR YIĞIBLAR

Mediaforum.az saytı yazır ki, ermənilər bir günə Qarabağ üçün 22,6 milyon dollar yığıblar:

“Dünya ermənilərini birləşdirən “Ayastan” fondu noyabrın 28-də ABŞ-ın Los-Anceles şəhərində ənənəvi telemarafon keçirib. “Media forum” saytı xəbər verir ki, Dağlıq Qarabağa yardım məqsədi daşıyan marafonda 22 milyon 600 min dollar pul yığılıb. Bu pul Ermənistandan Dağlıq Qarabağa gedən Kəlbəcər yolunun tikintisinə xərclənəcək.

1992-ci ildə yaradılmış “Ayastan” fondunun idarə heyətinə Ermənistan prezidenti sədrlik edir. Fond indiyədək Ermənistanda və Dağlıq Qarabağda müxtəlif layihələrin gerçəkləşdirilməsi üçün 235,8 milyon dollar toplayıb”.

“AZADLIQDAYKƏN MƏHBƏSDƏ OLANLAR...”

“Bizim yol” qəzeti bugünkü sayında həbsxanadakı görüş günündən reportaj hazırlayıb. “Reportaj Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsindəndir. Müəllif yazır ki, məhbus ailələri yaxınları ilə görüşə əliboş gəlmirlər:

“60 yaşlı qadın bayaqdan zənbillərini sürüyür. İkisini qoyur, təzədən o biri zəmbillərin arxasınca gedir, onları da qoyur, sonra yenə... Yaşlıların iradından sonra növbədən ayrılan oğlan ona kömək etməyə tələsir: "Ay xala nə xəbərdi? Yenə doldurmusan zənbilləri. Çəkisi çox olanda yenə tutub 5 manatını alacaqlar. Bu sənə lazımdır? Zalımın qızı, həm canına yazığın gəlmir, həm də puluna. Az doldur də bu zənbilləri...".

Müəllif daha sonra yazır ki, görüşə gələnlər ilk öncə gedib qəbul otağında növbəyə yazılır, sonra gəlib qapının ağzında sıralarının gəlməsini gözləyirlər. Qəbul otağı yaman soyuqdur. Otağı hamının "ceyran peçi" kimi tanıdığı soba isidir. Sobanın yanında 30-35 yaşlarında bir qadın və 7-8 yaşlarında, mavi gözlü uşaq oturub.

...Qadınla söhbətdən məlum oldu ki, əslində 3 aydan bir gəlib həyat yoldaşının yanında 3 gün qala bilər. Qanun evli məhbuslara bunu qadağan etmir. Sadəcə, o gələ bilmir. Çünki imkanı yoxdur: "200 manatın varsa, lap 3 aydan bir gəl. Sənin üçün qapılar açıqdır. Ancaq məndə hardandır o pul? İşləmirəm. Üstəlik, kişi həbs ediləndən sonra uşağı da götürüb köçmüşəm atamın evinə. Üzüm gəlmir hər dəfə 200 manat istəməyə.

Bilirsiniz, həm də pis çıxır. Nə deyim? (gülür). Deyim, ərimin yanına getmək istəyirəm 3 günlük pul verin? 9 il iş veriblər. Həmin maddə ilə həbs edilənlər heç əfvə də düşmürlər. Hələlik 3 ilini yatıb. Qalıb 6 il...

Adam darıxır, gəlmək istəyir. Bir tərəfdən pul yoxdur, digər tərəfdən də gərək 2 ay əvvəldən növbəyə yazılasan. Burada 1400-ə yaxın məhbus olsa da, onların ailələrinin gəlib qalması üçün cəmi 6 ev var. O evlərin üstündə də ilin 12 ayı qırğındı".

“CƏMİL HƏSƏNOVUN ABŞ “TURNESİNİN” ƏSL MƏQSƏDİ BƏLLİ OLDU”

“Yeni Azərbaycan” qəzeti bugünkü buraxılışında Milli Şura sədrinin ABŞ səfərini təhlil edib. “Cəmil Həsənovun ABŞ “turnesinin” əsl məqsədi bəlli oldu” sərlövhəli yazıda deyilir ki, “Milli şura”nın təmsilçisi okeanın o tayında qondarma “erməni soyqırımı” layihəsinin müəllifinin adını daşıyan qrupla görüşüb:

“Vurğulamaq yerinə düşər ki, Cəmil Həsənov səfəri ilə bağlı keçirdiyi mətbuat konfransında bəzi qurumların adını çəkib və onlarla görüşlər keçirdiklərini deyib.

Nəzərə alsaq ki, ABŞ dövləti rəsmi şəkildə Azərbaycanda keçirlən prezident seçkilərindən sonra birmənalı mövqe nümayiş etdirmişdi və ABŞ prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyevə təbrik məktubu ünvanlamışdı, onda Cəmil Həsənovun görüşdüyü insanların hansı rəsmi “dairələri” təmsil etməsi bəlli olur.

Daha doğrusu, onun görüşdüyü bir sıra təşkilatların adından da bəlli olur ki, həmin qurumlar hər zaman Azərbaycana qarşı ikili standartlarla yanaşan, ölkəmizdəki sabitliyə xələl gətirməyə çalışan, ölkəmizin inkişafına mane olmaq istəyən və qeyri-hökumət təşkilatı adı altında dövlətimizə qarşı məkrli planlar irəli sürən təşkilatlardır. Bu baxımdan, Cəmil Həsənovun həmin təşkilatlarla görüşündən “ağızdolusu” danışması başadüşüləndir”.

UNESCO AZƏRBAYCANLI ALİMİN MÜRACİƏTİNƏ MÜSBƏT CAVAB VERİB

Bu barədə “Azərbaycan” qəzeti yazıb. Qəzet yazır ki, XV əsrin görkəmli Azərbaycan musiqişünası Əbdülqadir Marağayinin "Məqasid ül-əlhan" əsəri müəllifinin adı göstərilmədən İranın irəli sürdüyü nominasiya kimi UNESCO-nun siyahıya salınıb.

Siyahı qurumun 2014-2015-ci illərdə yubileylərini keçirilməli olduğu şəxsiyyətləri, tarixi hadisələr və dəyərləri əhatə edir:

“Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov isə UNESCO-nun baş direktoru İrina Bokovaya müraciət edib və bildirib ki, 600 illiyinin qeyd edilməsi nəzərdə tutulan "Məqasid ül-əlhan" risaləsi anonim bir əsər deyil. Əsər böyük Azərbaycan alimi Əbdülqadir Marağayinindir:

“UNESCO-nun xətti ilə yubileyin keçirilməsini iddia edən ölkədən bu təşkilata təqdim edilmiş məlumatlarda "Məqasid ül-əlhan" əsərinin İran musiqisini təhlil və tədqiq edən bir mənbə olduğu göstərilib. Halbuki həmin əsər Azərbaycan-türk musiqisinin materialları əsasında qələmə alınıb.

Qəzet yazır ki, Rafael Hüseynov Əbdülqadir Marağayinin "Məqasid ül-əlhan" əsərinin 600 illik yubileyinin UNESCO təqviminə təkcə İranın deyil, məsələnin obyektiv və ədalətli həllini tapması üçün Azərbaycan da daxil olmaqla bir sıra əlaqədar ölkələrin qatılması ilə daxil edilməsi təklifini irəli sürüb.

“Azərbaycan” yazır ki, UNESCO alimin müraciətinə müsbət cavab verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG