Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:13

Tovuzun 5 kəndində su günəş batareyaları ilə qızınır


Tovuzun 5 kəndində su günəş batareyaları ilə qızınır.

Bu barədə Eko Renossans İctimai Birliyinin sədri İrşad Abbasov məlumat verib. O bildirib ki, layihə çərçivəsində pilot olaraq seçilmiş ərzilərdə su günəş batareyaları ilə qızıdırılır.

İ.Abbasov deyir ki, layihəyənin məqsədi meşə odunlarının qırılmasının qarşısı almaq və kənd yerlərində yaşayan qadınların iş şəraitini yaxşılaşdırmaqdır. Odur ki, pilot olaraq seçilən ərazilər Tovuzun mavi yanacaq olmayan kəndləridir.

İ. Abbasovun sözlərinə görə, hazırda Tovuzun Böyükqışlaq, Əlimərdanlı, Çataq, Xatıllı və Qurbanlı kəndlərindəki evlərin dam örtüyünə günəş batareyaları qurulub. Layihə müddətində ailələrdəki enerji sərfiyyatı hesablanacaq, qiymətləndirmə aparılıb müqayisə ediləcək.

Layihə Avropa Qadınlar təşkilatı tərəfindən maliyyələşdirilir və 2014-ci ildə başa çatacaq. 2 illik layihənin büdcəsi 8 min manat məbləğindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG