Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:58

İsmayıllı hadisələri ilə bağlı məhkəmə davam edir


Noyabrın 29-da Şəki Appelyasiya Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı həbs edilən məhbusların apelyasiya şikayətinə baxılır.

Müxbirimiz xəbər verir ki, şahidlər- İsmayıllı polis şöbəsinin əməkdaşları prosesə gəlməyiblər.

Onun sözlərinə görə, İsmayıllıdan məhbusların yaxınları, 100-dən çox adam gəlib.
Jurnalistlər məhkəmə zalına buraxılmayıb.

Müxbirimiz bildirir ki, Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli, Müsavat, AXCP-nin, Real hərəkatının üzvləri, o cümlədən bəzi xarici təşkilatların nümayəndələri məhkəmə prosesini izləmək üçün Şəkidədirlər. Onların bəziləri məhkəmə zalına buraxılıblar.

Bu il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etdiyi bildirilirdi.

Bundan sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırmışdı.

Yanvarın 24-də isə yerli sakinlər rayon icra başçısının istefası tələbilə etiraz aksiyasına başlamış və olay təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilmişdi.

Hadisələrlə bağlı 18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Onlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG