Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:52

Mətbuat Şurası yayım problemi ilə bağlı komissiya yaradır


Əflatun Amaşov
Əflatun Amaşov
Mətbuat Şurasının İdarə Heyəti noyabrın 29-da jurnalistlərin noyabrın 24-də prezident İlham Əliyevlə görüşündə qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı iclas keçirəcək.

Şuranın sədri Əflatun Amaşov “Media forum” saytına deyib ki, iclasda İdarə Heyəti üzvlərindən ibarət komissiya yaradılacaq: “Komissiyanın əsas işlərindən biri Bakıdakı qəzet köşklərinin vəziyyəti ilə bağlı monitorinq aparmaq, bu köşklərin sayının nə qədər olması və satış vəziyyəti öyrəniləcək.
Metroda yayım məsələsi, mətbuat orqanları üçün vacib olan reklam problemləri də müzakirə olunacaq. Əsasən də rəsmi qurumlar tərəfindən verilən reklam və elanlarla bağlı problemilər araşdırılacaq”.

Əflatun Amaşovun sözlərinə görə, araşdırmalar bitdikdən sonra Mətbuat Şurası prezidentə təkliflər göndərəcək.
XS
SM
MD
LG