Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:40

Şükranlıq bayramı necə yarandı?


"İlk Şükranlıq bayramı", Amerika rəssamı Jean Leon Gerome Ferris
"İlk Şükranlıq bayramı", Amerika rəssamı Jean Leon Gerome Ferris

İngilislər bayram tədbirinə, onlara kömək etmiş hindu qəbiləsinin 90 nümayəndəsini və başçısını da dəvət edirlər.

-

1621-Cİ İLİN SƏRT QIŞI...

Əslində bol məhsula görə allaha şükr edilən bayramlar dünyanın çox yerində var. Əkinçiliklə məşğul olan xalqların çoxunda belə dini bayram olub.

Amma bu gün Amerikada və Kanadada qeyd edilən Şükranlıq bayramı dini mahiyyətindən uzaqlaşıb və ümumxalq bayramına çevrilib. Tarixi isə elə də qədim deyil.

1620-ci ildə İngiltərədən Amerikaya köçənlərin ilk dəstəsi “Meyflauer” gəmisində okeanı keçib, qasırğadan salamat çıxıb şaxtalı bir noyabr günündə indiki Massaçusets ştatı ərazisinə çatırlar. Onlar burada Plimut kaloniyasını yaradırlar.

Amerikanın yeni sakinlərinin sayı 100 nəfərdən bir qədər artıq idi, amma onların yarıdan çoxu sərt qışa dözməyib, soyuqdan, xəstəlikdən, aclıqdan ölür. Qışdan sağ çıxanlar yerli qəbilələrin - hinduların, xüsusəndə Skvanto qəbiləsinin köməyi ilə əkinçiliyə başlayırlar. Hindular onlara, bələd olmadıqları torpaqda nə əkməyi, necə becərməyi öyrədirlər.

İLK ŞÜKRANLIQ

Həmin il ingilislər gözləmədikləri halda bol məhsul götürürlər. Onların özlərinə seçdikləri ilk qubernator U.Bredford Allaha şükr etmək üçün bayram şənliyi təşkil etməyi təklif edir.

Bayram tədbirinə, onlara kömək etmiş hindu qəbiləsinin 90 nümayəndəsini və başçısını da dəvət edirlər. Bu, indiki Şükranlıq bayramının əsasını qoyur.
ABŞ, 1942-cı il, Pennsylvania. Ailə Şükranlıq naharı zamanı
ABŞ, 1942-cı il, Pennsylvania. Ailə Şükranlıq naharı zamanı

MİLLİ BAYRAM

Amerika müstəqillik qazanandan sonra ABŞ-ın ilk prezidenti Corc Vaşinqton Şükranlığı milli bayram kimi qeyd etməyi təklif edir.

İndi bayram noyabrın 4-cü cümə axşamı qeyd edilir.

1621-ci ildə olduğu kimi indi də amerikalılar və kanadalıların bayram süfrəsində hinduşka əti, balqabaq və alma piroqları olur. Ənənəyə görə, bir süfrə ətrafına toplaşan ailənin üzvləri sağlıq deyərək ötən ilin xoş günlərini xatırlayır, həmin günlərə görə Allaha şükr edirlər.

Bayram günü Nyu-Yorkda ABŞ-ın ən böyük univermaq şəbəkəsi olan “Macy’s ” parad təşkil edir. Göyə nəhəng şarlar buraxılır. Bu şarlar məşhur nağıl və miltfilm qəhrəmanları formasındadır. Parad canlı yayımda televiziyada göstərilir.

Bayramdan sonrakı gün - “qara cümə” adlanır. İnsanlar böyük endirimlər təklif edən mağazaları “süpürməyə” tələsirlər.
Şükranlıq paradı, Nyu-york
Şükranlıq paradı, Nyu-york

ABŞ - Ənənəyə görə bayram günü ABŞ prezidenti bir hinduşkanı əfv edir. Prezident Barak Obama, Ağ ev... 2011-ci il
ABŞ - Ənənəyə görə bayram günü ABŞ prezidenti bir hinduşkanı əfv edir. Prezident Barak Obama, Ağ ev... 2011-ci il

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG