Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:19

Azərbaycanda dövlət ailə quran 2 işsiz gəncdən birini şlə təmin edəcək


Hadi Rəcəbli
Hadi Rəcəbli
Azərbaycanda ailə quran iki işsiz gəncdən biri dövlət tərəfindən işlə təmin ediləcək.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin APA-ya verdiyi məlumata görə, bu yeni hazırlanan “Gənc ailələrin sosial müdafiəsi” haqqında qanun layihəsində nəzərdə tutulub.

Hadi Rəcəbli deyir ki, məqsəd sosial durumu ağır olan ailələri bu vəziyyətdən birdəfəlik çıxarmaqdır.

Qanun layihəsinin tezliklə müzakirəyə çıxarılması gözlənilir.
XS
SM
MD
LG