Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:25


Əfqanıstan prezidenti Hamid Karzai AzadlıqRadiosuna bildirib ki, o, ABŞ-la İkitərəfli Təhlükəsizlik Sazişinə imza atmazdan əvvəl iki tələb irəli sürüb. Halbuki bundan əvvəl cənab Karzai bildirmişdi ki, o, 2014-cü ilin aprelində ölkədə yeni prezident seçkiləri keçirilənədək bu tələbləri irəli sürməyəcək. AzadlıqRadiosunun müxbiri Akbar Ayazi Əfqanıstan liderindən eksklüsiv müsahibə alıb.

Cənab Karzai deyib ki, ABŞ-la bağlanacaq saziş əfqan xalqının xeyrinədir və Loya Cirqa (ölkə ağsaqqlaları və nüfuzlu şəxslərinin qurultayı) bu sazişi dəstəkləyib, lakin amerikalılar əfqan evlərinə hücumları dayandırmalıdırlar.

O deyib ki, “ikinci tələbimiz sülhdür, sülh olmasa bu saziş əksinə Əfqanıstan üçün fəlakət olacaq”.

“Mən amerikalıların əfqan evləri üzərinə hücumları dayandırmasını və realist sülh prosesinə başlanmasını tələb etmişəm. Amerikalılar bu tələblərə cavab verən kimi mən sazişi imzalamağa hazıram” – deyib Karzai.

Prezident seçkiləri məsələsinə toxunan Əfqanıstan prezidenti deyib ki, Vaşiqnton onu seçki prosesinə müdaxilə etməyəcəyinə əmin edib.

Əfqanıstan prezidenti müsahibəsində həmçinin ABŞ-dan Quantanamodakı həbsxanasındakı 17 məhbusun azad olunmasını istədiyini təsdiqləyib, amma əlavə edib ki, bu, Cirqanın tələbi olub.

“Amerikanın öz planları var, bizim öz planlarımız. Biz amerikalılara göstərdik ki, Əfqanıstan onlarla dostluq və müttəfiqlik istəyir… Və odur ki, Amerika bizimlə təhlükəsizlik sazişinin imzalanmasını istəyirsə, əfqan evlərinin toxunulmazlığına hörmət etməlidir və imkan verməlidir ki, əfqan uşaqları, kişi və qadınları öz evlərində təhlükəsizlik şəraitində yaşasınlar” – deyib Hamid Karzai.

Daha sonra AzadlıqRadiosu müxbirinin sazişin imzalanmayacağı təqdirdə Birləşmiş Ştatların (halbuki ABŞ Əfqanıstanın təhlükəsizliyinə 8-9 milyard dollar xərcləyə biləcəyini də bildirib) Əfqanıstanı tərk etmək məcburiyyəti qarşısında qala biləcəyi barədə rəsmi Vaşinqtonun açıqlamaları haqqında suala cavab verən Karzai deyib:

“Qalıb-qalmamaq amerikalıların öz işidir. Biz onlarla lap min saziş bağlasaq da, qalmaq onların marağında olmasa, tərk edəcəklər. Onlar 1990-cı illərdə cihad zamanı da Əfqanıstanı beləcə tərk ediblər.

Mən o vaxt xarici işlər nazirinin müavini idim və sovetlərin Əfqanıstandan çıxmalarından sonra Qərbin Əfqanıstanı tərk etdiyinin şahidi oldum. Mən onların yanına gedib və səfirlikdə kiçik vəzifəli bir rəsmi saxlamalarını rica edirdim. Lakin onlar səfrirliklərini bağladılar və çıxıb getdilər. Odur ki, bu, onların marağında olmasaydı, heç vaxt bura gəlməzdilər”. “

Bəs, Əfqanıstan Talibanla təkbaşına bacara bilərmi? Bu suala prezident Karzai belə cavab verib:

“Bu bizim öz işimizdir. Biz hamımız əfqanıq və bir-birimizi yaxşı tanıyırıq. Ötən il mənim Vaşinqtona səfərim zamanı, ABŞ prezidenti ilə görüşdən bir gün əvvəl onun milli təhlükəsizlik müşaviri Tom Donilon …mənimlə görüşdü. O dedi ki, “Taliban bizim düşmənimiz deyil və biz onlarla vuruşmaq istəmirik. Mən ona dedim ki, “bu çox yaxşıdır və elə biz də bunu istəyirik.

Əgər siz Talibanı öz düşməniniz hesab etmirsinizsə, Talibanı axtarmaq adı ilə niyə hər gecə əfqan evlərinə girirsiniz? Məhz belə şeylərin olmasına mən yol verə bilmərəm. Təhlükəsizlik sazişi Amerikanın belə əməliyyatlarına son qoymalıdır”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG