Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:18

7 şedevrə görə 7 il həbs...


Rəsmləri oğurlamaqda şübhəli bilinən Eugen Darie (ortada) and Radu Dogaru (sağda)

Rəsmləri oğurlamaqda şübhəli bilinən Eugen Darie (ortada) and Radu Dogaru (sağda)

-
Rumıniya məhkəməsi ötən il Rotterdamdakı Kunsthal muzeyindən 7 əsər oğurlayan Radu Dogaru-ya 6 il 8 ay həbs cəzası kəsib.

Reuters-in yaydığı xəbərə görə, istintaqın gedişində Radu Dogaru günahını tam etiraf edib və ona kömək edənlərin də olduğunu bildirib.

Radu Dogaru muzeydə çalışan bir əməkdaşın ona içəri soxulmaqda kömək etdiyini də söyləyib, ancaq həmin işçinin adını açıqlamaqdan qəti imtina edib.

İstintaq prosesində Dogaru məhkəməyə oğurladığı 7 əsərdən 5-nin sağ-salamat olduğunu, Rumıniyada yox, Niderlandda mühakimə olunacağı təqdirdə tabloları qaytaracağını vəd edib.

Ancaq hakimlər Dogaru-nun təklifini rədd ediblər.

Daha sonra Dogaru oğurladığı əsərlərin saxta ola biləcəyini, muzey rəhbərliyinin sığorta almaq üçün bilə-bilə oğurluğa şərait yaratdığını deyib.

O, muzeydə əsərlərin lazımınca qorunmadığına diqqət çəkib və oğurluğu «ya muzey rəhbərliyinin başısoyuqluğu, ya da çox ciddi planlaşdırılmış fırıldaq» saydığını söyləyib.

2012-ci ilin oktyabrında Kunsthal muzeyinin 20 illiyi münasibətilə açılan ekspozisiyada sərgilənən 7 əsər gecə saat 3-də ehtiyat qapıdan 3 dəqiqə ərzində oğurlanıb.

Onların arasında Pikassonun, Matissin, Freydin, Meyer de Haanın və Klod Monenin əsərləri vardı.

Bu ilin yanvarında polis 4 rumın vətəndaşını şübhəli qismində saxlayıb.

Şübhəlilərdən birinin—Dogaru-nun anasının evinin soba külündən tabloların çərçivəyə pərçimləndiyi mıxlar tapılıb.

Ekspertlər oğurlanan 7 əsərin ən azı üçünün yandırıldığı qənaətinə gəliblər.

Əvvəlcə ana oğlu tutulduqdan sonra tabloları qəbiristanlıqda gizlətdiyini, kəndin axtarıldığını bilincə oğluna qarşı müstəntiqlərin əlinə sübut verməmək üçün tabloların 7-sini də yandırdığını deyib.

Sonra qadın tutulmaq təhlükəsini duyunca şedevrləri yandırmadığını söyləyib.

Ekspertlər oğurlanan əsərlərin dəyərinin 100-200 milyon avro arasında olduğunu bildirirlər.

Əsərlər hələ də tapılmayıb…

Günün bütün mövzuları

XS
SM
MD
LG