Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:24

Vilnüsdə nə baş verir? [Video]


-


İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Qubad İbadoğlu Vilnüs sammitində baş verənləri «İşdən sonra» verilişinə danışıb:

«Vilnüsdə üç istiqamətdə tədbir keçirilir: vətəndaş cəmiyyəti, hökumətlər, biznes forum. Vətəndaş cəmiyyəti üçün nəzərdə tutulmuş tədbirdə Litva prezidenti Dalia Grybauskaitė-nin çıxışından aydın oldu ki, Azərbaycanla yalnız viza rejiminin sadələşdirilməsi ilə bağlı saziş imzalanacaq. Azərbaycan assosiativ saziş və azad ticarət sazişini imzalamağa hazır deyil… Ayrı-ayrı Avropa rəsmilərinin çıxışında Azərbaycanda insan haqları, vətəndaş cəmiyyətinin durumu, prezident seçkisi barədə fikirlər yer alıb…».

UKRAYNANIN VƏTƏNDAŞ CƏMİYYƏTİ ASSOSİATİV SAZİŞƏ HAZIRDIR

«Tədbirin özəlliklərindən biri də Ukrayna vətəndaş cəmiyyətinin təmsilçisi ilə Vətəndaş Cəmiyyəti Forumunun Avropa Birliyindən olan həmsədri arasında sazişin imzalanmasıdır. Belə çıxdı ki, Ukraynanın vətəndaş cəmiyyəti assosiativ sazişi dəstəkləyir. Bu saziş rəsmi yox, virtual xarakter daşıyır. Sadəcə olaraq, göstərildi ki, hökumətdən fərqli olaraq, Ukrayna vətəndaş cəmiyyəti sazişi imzalamağa hazırdır…».

AZƏRBAYCANIN AVROPA MƏNSUBİYYƏTİ SUAL ALTINDADIR?

«Azərbaycanla bağlı qeydlərdən biri bizi təsirlənirdi. Polşanın xarici işlər naziri Radoslaw Sikorski Belarusla Azərbaycanı müqayisə edərkən bildirdi ki, idarəetmə sistemləri oxşar olsa da, Belarus Avropa mənsubiyyətli olduğu halda, Azərbaycanın bu mənsubiyyəti sual altındadır. Biz bununla bağlı müraciət hazırladıq ki, bu sözlərlə nə nəzərdə tutulur...».

RUSİYA ƏLEYHİNƏ ÇIXIŞLAR

«Çıxışların əksəriyyəti Rusiya əleyhinədir. Vətəndaş cəmiyyəti nümayəndələrinin mesajı bundan ibarətdir ki, hökumətlər Rusiyanın təsirindən çıxıb müstəqil hərəkət etməlidirlər. Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyi isə Avropaya inteqrasiyadır...».
XS
SM
MD
LG