Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:42

Moskvanın Şeremetyevo aeroportunda silahlı qarət olub


Arxiv foto
Arxiv foto
-
Noyabrın 27-də səhər tezdən Moskvanın Şeremetyevo aeroportunda silahlı qarət olub.

Life News bildirir ki, qarətçilərin qurbanı 31 yaşı azərbaycanlı Zaur Qədimov olub. O, səhər saat altıda böyük məbləğdə pul ilə İstanbuldan gəlib.

D terminalının dayanacağında onu özəl mühafizə agentliyinin əməkdaşları gözləyiblər.

DİN Nəqliyyatda Polis İdarəsi mətbuat xidmətinin məlumatına görə saat 7:00-da qara geyimli, maskalı, avtomatla silahlanmış bir neçə adam mühafizəçilərin əllərini qandallayıblar və aerovağzalın binasından çıxan Z.Qədimovun əlindən çantasını alıblar.

Mənbə Life News-a bildirib ki, hücum edənlər on nəfər olub. Onlar sərnişini gözləyən mühafizəçilərə polis əməkdaşlarının vəsiqələrini göstərərək onların ardınca gəlmələrini tələb ediblər və mikroavtobusa əyləşdirərək uzaqlaşdırıblar.

Şahidlərin söylədiklərinə görə, cinayətkarların oturduğu avtomobilin nömrəsi müəyyən edilib.

Z.Qədimov özü bildirib ki, qara geyimdə və maskada olan altı nəfər terminalın çıxışında ona hücum ediblər. Avtomatla qorxudaraq onu tünd göy rəngli “Sobol” avtomobilinə oturdaraq aeroport ərazisindən çıxarıblar və içində 2,7 milyon dollar pul olan çantanı götürüblər.

Pulların hansı məqsədlə və nədən nağd şəkildə gətirilməsinin səbəbləri açıqlanmır.

Təsvir edilən əlamətlərə görə, soyğunçuların xüsusi xidmətin əməkdaşları olduqları ehtimal olunur. Bundan əlavə, adi qarətçilər avtomatla aeroportun ərazisində gəzə bilməzdilər.

Z.Qədimovun şəxsiyyəti, nə ilə məşğul olduğu açıqlanmır. Pulların kriminal mənşəli olması istisna edilmir, çünki bu qədər böyük pul adətən banklar vasitəsilə keçirilir.

Bu yaxınlarda Şeremetyevo aeroportunda Bişkekdən gələn başqa bir sərnişin qarət edilib. Onun üzərində 1,6 mln. dollar pul olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG