Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:37

Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək


Məleykə Abbaszadə

Məleykə Abbaszadə

Dekabrın 6-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək.

TQDK saytının məlumata görə, qəbul Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon sakinləri üçün Şəki şəhərində dekabrın 6-da Şəki Olimpiya İdman Kompleksində (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) keçiriləcək.

Qəbul üçün vətəndaşlardan TQDK-nın internet saytında elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Şəki regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: 024 244 66 14) xahiş olunur.

TQDK-nın Şəki regional bölməsinin əməkdaşları aşağıda qeyd olunan qrafik üzrə saat 10:00-dan 17:00-dək müvafiq rayonların təhsil şöbələrində vətəndaşları qəbula qeydiyyata alacaqlar:
Oğuz rayonu üzrə – 2 dekabr 2013-cü il;
Qax rayonu üzrə – 2 dekabr 2013-cü il;
Qəbələ rayonu üzrə – 3 dekabr 2013-cü il;
Zaqatala rayonu üzrə – 3 dekabr 2013-cü il;
Balakən rayonu üzrə – 4 dekabr 2013-cü il.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG