Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:02

Səhiyyə Nazirliyi həkimlərin işə qəbulu ilə bağlı nəticələri açıqlayıb


Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, 265 nəfər imtahanlarda iştirak hüququ qazanıb. 133 nəfər müsahibə mərhələsinə buraxılıb. Bu mərhələni isə 59 nəfər keçib.

Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elan olunmuş 37 ixtisas üzrə 2 min vakant yerə 289 müraciət daxil olub.

“Mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul qaydaları” bu ilin yanvarında «korrupsiya hallarının aradan qaldırılması» üçün qəbul edilib.

Test imtahanlarına ixtisas üzrə 40, səhiyyə qanunvericiliyi üzrə 10 sual daxil edilir. İmtahan 2 saat çəkir. İmtahanın nəticələri ballar hesablanan kimi açıqlanır. 30 və daha çox bal toplayanlar müsahibəyə buraxılır. Söhbət video və audio qeydə alınır. Hər şəxslə müsahibə yarım saata qədər çəkir. İddiaçılara 5 sual verilir. Müsabiqə komissiyasının üvləri iddiaçılara 2, 3, 4 və 5 bal verə bilər. 25 mümkün baldan 16 bal toplayanlar müsahibədən keçmiş sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG