Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:28

Prezident İlham Əliyev qeysəriyyə ilə bağlı dəyişikliyi təsdiq edib


Azərbaycan prezidenti İlham Əliyev qeysəriyyə əməliyyatı ilə bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiq edib.

Dəyişikliyə əsasən Azərbaycanda qeysəriyyə əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılır.

Qeysəriyyə əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əməliyyatın qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

Dəyişikliyə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş tibbi əsaslar olmadan qeyd olunan cərrahi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 15 min manata qədər cərimə olunacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG