Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:58

ABŞ məşhur yazıçının casus olmasından şübhələnirmiş


Isaac Asimov (1920-1992)

Isaac Asimov (1920-1992)

-

1960-cı illərdə Amerikanın Federal Təhqiqat Bürosu (FTB) məşhur yazıçı Isaac Asimov-un sovet casusu olmasından şübhələnirmiş.

"The Independent" qəzeti yazır ki, Amerikada xüsusi xidmət orqanlarının bu günlərdə açıqlanan məxfi sənədlərindən belə bəlli olur.

Sənədlərə görə, "Mən robotam" və elmi fantastika janrında dünyaca məşhur başqa əsərlərin müəllifi olan Asimov-un adı FTB-nin gizli siyahısına salınıbmış. Həmin siyahıda ABŞ-ın Kommunist Partiyası ilə əməkdaşlıq edən, yaxud onun potensial tərəfdarı olan şəxslərin adı yer alırdı.

FTB Asimov-u azı 2 il - 1967-ci ilə qədər güdüb. Yazıçı ilə bağlı dosyedə onun yaşayış yerini dəyişməsi, kredit tarixçəsi və s. məlumatlar yer alıb.

Amma Asimov-un casus olduğunu sübut edən fakt tapılmayıb.

Ondan "donos" yazan isə "naməlum mənbə" olub. Həmin şəxs FTB-nin şefi Edqar Huverə məktub yazaraq yazıçının kommunistlərlə əlaqəsindən şübhələndiyini çatdırıb.

O, Asimov-un ilk atom-elektrik stansiyalarının SSRİ-də tikilməsini söyləməsindən şübhələnibmiş.

"The Independent" yazır ki, Asimov haqlı idi, doğrudan da ilk AES-lər Sovet İttifaqında inşa edilmişdi.

Bundan başqa FTB-də şübhələnirmişlər ki, kod adı "Robprof" olan və "mikrobilogiya sahəsində tanınmış şəxs" olan casus məhz Asimov-dur.

Yazıçı 10 il Boston Universitetində biokimya sahəsində təhqiqat aparmışdı.

Amma bu şübhə də özünü doğrultmayıb.

Huver "Naməlum mənbə"nin göndərdiyi məlumatın üzərində "bu müşahidələr bizim üçün maraqlı deyil" yazsa da, sonradan Asimov izlənmişdi.

Asimov-un dosyesi ona görə ictimaiyyətə açıqlanıb ki, Amerikada hökumətin şəffaflığı uğrunda kampaniyalar aparan MuckRock qrupu informasiya azadlığını əsas gətirərək bunu FTB-dən istəmişdi.

Isaac Asimov 1920-ci ildə SSRİ-də yəhudi ailəsində anadan olub. Uşaqkən ailəsi ilə birgə ABŞ-a köçüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG