Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:38

Alman xalqının Hitlerlə birlikdə girdiyi borcları qaytarmaq...


-

"Qanun" nəşriyyatı 20-ci əsrin ikinci yarısında alman ədəbiyyatının ən parlaq simalarından olan Siegfried Lenz-in "Məhəbbət yuvası" adlı hekayələr kitabını Azərbaycan dilində çap edib (Tərcüməçi: Vilayət Hacıyev).

Siegfried Lenz yalnız məşhur “Alman dili dərsi”, “Diyarşünaslıq muzeyi” və s. romanların müəllifi deyil, həm də “kiçik janr”ın böyük ustası kimi tanınır.

Yazıçının qəhrəmanları əsasən “kiçik adam”lardır, ancaq onlarla yaşadıqları cəmiyyət, bu cəmiyyətdəki həyat tərzi, əxlaq normaları, sosial mühit arasında həmişə böyük təzadlar olur və Lentsin əksər hallarda istehza, bəzən də kövrək duyğularla qələmə aldığı hekayələrin süjetləri də məhz bu cür təzadlar üzərində qurulub…

Ümumilikdə, yazıçı öz kitablarında fərdin tarix qarşısında məsuliyyəti məsələsini qaldırır. Tənqidçi Gerhardt Csejka Lenz-i xarakterizə edərkən yazır: "O, alman xalqına möhtərəm füreri ilə birlikdə girdiyi borcun altından çıxmağa kömək etməyi, nasizmin bir daha dirilməsinə imkan verməməyi öz borcu sayır".

Günün bütün mövzuları

XS
SM
MD
LG