Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:57
Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Zaqatalada 3 adamın ölümüylə nəticələnən silahlı insident barədə yeni açıqlama veriblər.

DİN mətbuat xidmmətindən verilən məlumata görə, noyabrın 24-də Zaqatalada ağır cinayət hadisəsi törədilib.Rayonun Yuxarı Tala kəndi ərazisində “VAZ-2107” markalı avtomobildən “Hyundai Elantra” markalı avtobilin atəşə tutulması nəticəsində sərnişinlər - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov qətlə yetirilib, sürücü, Balakən rayon sakini Vüsal Əliqayev isə xəsarət alıb.
Cinayətin əvvəllər məhkum olunmuş Samir Osmanov və digərlər şəxslər tərəfindən törədildiyi müəyyən edilib.

Görülən tədbirlər nəticəsində Samir Osmanov, "VAZ-2107" markalı avtomobilin sürücüsü Bəhruz Layıcov, onun qardaşları Vüqar və Eldəniz, Vüsal Əliqayev, Pərviz Qarayev, Aydın Sayılov və Ömər Orucov saxlanılıblar.Əməliyyat zamanı maddi sübutlar, 1 avtomat silah, 1 patron darağı, 9 avtomat patronu və 1 mətbəx bıçağı götürülüb.

Bu istiqamətdə aparılan əməliyyat zamanı Bəhruz və onun qardaşı, hazırda həbsdə olan Harun Layıcova məxsus evlərdə axtarış zamanı isə Almaniya istehsalı olan 1 ədəd avtomat silah, 5 əl qumbarası, 4 ədəd radiostansiya, 1 fişəngatan tapança, 18 ədəd fişəng, 823 ədəd müxtəlif çaplı patron, 1 səs qumbarası, uzaqdan idarə edilən partlayıcı qurğunun detektoru, maska, qandal, xeyli sayda digər hərbi sursat, həmçinin 8 kiloqrama yaxın narkotik vasitə aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG