Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:08

Niderland səfiri Naxçıvanda olub


Hollandiya səfiri Naxçıvan Avtomobil Zavodunda

Hollandiya səfiri Naxçıvan Avtomobil Zavodunda

-
Niderland Krallığının səfiri Robert Jan Gabrielse Naxçıvan Muxtar Respublikasına səfər edib.

«Şərq Qapısı» qəzetinin yazdığına görə, Naxçıvana gələn Niderland səfiri noyabrın 25-də Ali Məclisin sədri Vasif Talıbovla görüşüb. Görüşdə Naxçıvanla Niderland arasında kənd təsərrüfatı və əczaçılıq sahəsində əlaqələrdən, gələcəkdə təhsil sahəsində əməkdaşlığın perspektivlərindən söhbət gedib.

Ertəsi gün – noyabrın 26-da səfir Naxçıvan Avtomobil Zavoduna və digər istehsal sahələrinə baş çəkib.

Robert Jan Gabrielse-nin «Nuh peyğəmbərin məzarüstü türbəsini ziyarət etməsi» də bildirilib.
XS
SM
MD
LG