Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:04

Mustafa Denizli Xəzər-Lənkəranla 6 milyon avroya razılaşdı...


Mustafa Denizli

Mustafa Denizli

-
Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubuna baş məşqçi gətirilən türkiyəli mütəxəsis Mustafa Denizli 1 il 6 ay üçün 6 milyon avro alacaq. Bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

M.Denizli buna qədər Türkiyədə Çaykur Rizespor klubunu çalışıb. O, Çaykur Rizespor klubunu PTT 1-ci lig-dən Türkiyə Süper Lig-inə çıxartdıqdan sonra həmin klubla yollarını ayırmışdı.

M.Denizli yeganə məşqiçidir ki, Türkiyənin 3 futbol nəhəngini-Galatasarayı, Beşiktaşı və Fererbahcheni çempion edib. Üstəlik 2000-ci il Avropa Çempionatının final oyunlarında onun rəhbərlik etdiyi Türkiyə yığmasını qruplardan çıxmağı bacarmışdı.

"Xəzər-Lənkəran" futbol klubunun sahibi azərbaycanlı iş adamı Palmalı Şirkətlər Qrupunun sahibi Mübariz Məsimovdur.

Futbol klubu indi Azərbaycan super liqasında 14 xalla 8-ci sıradadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG