Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:09

Ali Məhkəmənin hakimi: «İnsan alveri qurbanlarından ərizə almaq çətin məsələdir»


Foto: Arxiv
Foto: Arxiv
-
ATƏT Bakı ofisinin noyabrın 26 və 27-də keçirilən seminar hakim, prokuror, vəkil və hüquqşünasların insan alveri qurbanlarının müdafiəsi haqqında biliklərini zənginləşdirmək məqsədi güdürdü.

Beş bölümdə aparılan seminarda insan alverinə qarşı mübarizədə məhkəmə orqanlarının rolu, məhkəmə çəkişmələrində, özəlliklə qurbanların ifadə verməsi zamanı üzə çıxan əsas problemlər, qurbanlara kompensasiyalar ödənməsi, eləcə də onlara pulsuz hüquqi yardım göstərilməsi məsələləri müzakirəyə çıxarılıb.

Tədbirə qatılanlardan hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə, Azərbaycanda insan alveri qurbanlarına pulsuz hüquqi yardım göstərilir.

«Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova insan alveri qurbanlarına dəymiş zərərin qiymətləndirilməsinə dair araşdırmanın önəmli məqamlarını seminar iştirakçılarının diqqətinə yetirib.

Ali məhkəmənin hakimi İnqilab Əhmədov insan alveri cinayətkarları cəzalandırılarkən üzləşdikləri çətinlikləri dilə gətirib:

«Ədalət mühakiməsinin həyata keçirilməsində qurbanların iştirakı vacibdir. Bunu həm beynəlxalq sənədlər, həm də milli qanunvericilik tələb edir. Zərərçəkənin iştirakı olmadan ədalətli məhkəmə araşdırması aparmaq çətindir. Belə halda hakim qərar çıxarmaqda çox çətinlik çəkir. Avropa İnsan Haqqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarında da daha çox ədalətli mühakimə hüququnun pozulması göstərilir. Bu cür proseslərdə, faktik olaraq, insan alveri qurbanı olan şəxsdən ərizəni də almaq çətin məsələdir. Həmin şəxslər ərizə və sübutları təqdim edirsə və təqsirləndirilən şəxsin cinayət işlədiyi sübut olunursa, bu halda məhkəmə də yetərincə ciddi və sərt cəzalar verir».

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Şahin Qocayev insan alveri qurbanlarının ərizəsi olmadan aparılan araşdırmalardan danışıb:

«Biz bu üsulu da sınamışıq. Müvafiq araşdırmalar aparılandan sonra insan alverinin təqsirkarı tapılıb. Elə məqamlar olub ki, insan alverinin qurbanı istəməyib ki, araşdırma aparılsın. Biz bu məqamlarda QHT və vəkillərin iştirakı ilə həmin şəxsləri ərizə verməyə razı sala bilmişik. Lakin qanunvericilikdə nəzərdə tutulsa da, Azərbaycanda toplanmış audio və videomaterilallar əsasında zərərçəkənin iştirakı olmadan hökm çıxarılması halına rast gəlinməyib».

Seminarda müxtəlif ölkələrdən gəlmiş hüquq mütəxəssisləri də insan alveri qurbanlarının müdafiəsiylə bağlı ölkələrinin təcrübəsini bölüşüblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG