Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:18

Kitab 14 milyon dollara satıldı (Rekord)


14, 2 milyon dollara satılan dini nəğmələr kitabı, Sotheby's Hərracı, New York
14, 2 milyon dollara satılan dini nəğmələr kitabı, Sotheby's Hərracı, New York
-

Yəhudi Bibliyasının bir hissəsi olan, amma xristianların da istifadə etdiyi dini nəğmələr kitabı Amerikadakı Sotheby's hərracında 14,2 milyon dollara satılıb.

Bu, indiyəcən auksionlarda mətbəədə çap edilən kitaba verilmiş ən böyük məbləğdir.

Sözügedən dini nəğmələr toplusu həm də Amerikada çap edilmiş ilk kitabdır. Balacadır. Ölçüsü 6 düymün 5 düymədir (1 düym – 2,5 sm-dir). 1640-cı ildə puritanların İngiltərədən gətirilmiş çap maşınında basdığı həmin 1700 nüsxədən cəmi bir neçəsi dövrümüzəcən gəlib çatıb. Hərracda satılmış nüsxə Bostondakı “Old South” Kilsəsində saxlanırdı. Kilsə onu maliyyə imkanlarını genişləndirmək üçün satmağa qərar verib. Kitabı amerikalı biznesmen və xeyriyyəçi David Rubenstein alıb.

Mətbəədə çap edilmiş kitablarla bağlı rekord indiyəcən 19-cu əsr təbiətşünası John James Audubon-un illüstrasiyalı "Birds of America" (Amerikanın quşları) kitabına məxsus idi. Həmin kitab 3 il qabaq Sotheby's hərracında 11,5 milyon dollar satılmışdı.

Ümumiyyətlə isə, indiyəcən hərracda ən yüksək qiymətə satılmış kitab - Leonardo da Vinci-nin “Codex Hammer”idir. Bu, alimin elmi yazıları və diaqramlarının yer aldığı şəxsi bloknotudur. 1994-cü ildə Christie's hərracında 30.8 milyon dollar satılıb.
14, 2 milyon dollara satılan dini nəğmələr kitabı, Sotheby's Hərracı, New York
14, 2 milyon dollara satılan dini nəğmələr kitabı, Sotheby's Hərracı, New York
XS
SM
MD
LG